İşçi işdən çıxma haqqında ərizə verdikdən sonra məzuniyyətə çıxa bilər?

İşçi işdən çıxma haqqında ərizə verdikdən sonra məzuniyyətə çıxa bilər?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Əmək Məcəlləsinin 69-cu maddəsinin altıncı hissəsinə əsasən, işçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.

Bəzən təcrübədə işdən çıxmaq istəyən işçinin istifadə edilməmiş məzuniyyət günləri olur. İşçi bundan istifadə edərək işdən çıxmaq üçün tələb olunan bir təqvim ayında işə gəlmək istəmir. Əmək qanunvericiliyi imkan verir ki, işçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə versin.

Mİsal 1.  İşçi 1 fevral 2021-ci il tarixdə işəgötürənə ərizə ilə müraciət edir ki, 1 mart 2021-ci il tarixdən onu işdən azad etsin. İşçi ərizədə istifadə olunmamış bir aylıq məzuniyyət hüququndan istifadə etmək istəyini ifadə edir. İşəgötürən işçinin məzuniyyətə göndərilməsi barədə əmr verir və sənəddə qeyd edilir ki, işçi məzuniyyətdən geri qayıdana kimi əmək müqaviləsinin xitamı ilə bağlı prosedurlar da yekunlaşdırılsın.

Mİsal 2.  İşdən çıxmaq haqqında ərizə vermiş işçi məzuniyət dövründə fikrini dəyişir və işəgötürəndən ərizəsinin ləğvini xahiş edir. Bu halda işəgötürən yeni işçini götürməsi ilə bağlı ərizə verən işçini rəsmi qaydada məlumat­landırmayıbsa, o zaman işçinin ərizəsi etibarsız sayıla bilər.

Mİsal 3.  İşçi 5 fevral 2021-ci il tarixdə işdən çıxmaq haqqında ərizə ilə müraciət edib. 12 fevral 2021-ci il tarixdə isə 14 günlük məzuniyyət hüququndan istifadə etmək istədiyi barədə ərizə yazıb. Bu halda işəgötürənin hüququ var ki, təhvil-təslim prosesinin həyata keçirilməsi ilə bağlı işçinin məzuniyyətə getməsinə razılıq verməsin.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

1 Komment

  1. Sofiya 13 İyun 2022

    salam işçi 01 iyun 2022 ci il tarixdən 27 iyun 2022 ci il tarixədək əmək məzuniyyətindədir . 13 iyun 2022-ci il tarixdən ərizə yazıb iştən cıxma barədə. 13 iyun xitam verə bilinər işçiyə. iki tərəfli razılıq olduğu halda

Şərh yazın