“Xidməti məktub” adlı sənəd forması necə hazırlanır? (Nümünəvi forma)

“Xidməti məktub” adlı sənəd forması necə hazırlanır? (Nümünəvi forma)

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

Bəzən təşkilatdaxili yazışmalarda “Xidməti məktub” adlanan sənəd formasından istifadə olunur. Xidməti məktub xidməti yazıdan fərqli təyinata malikdir. Əgər xidməti yazıda işçi vəzifəcə özündən böyük əməkdaşa və ya müəssisənin rəhbərinə müraciət edirdisə, hansısa problem (istehsal, xidmət, yardımçı, inzibati proses) barədə rəhbərliyi məlumatlandırırdısa və ya işçi haqqında müsbət və ya mənfi xarakterli məlumat verirdisə, burada situasiya fərqlidir. Xidməti məktubda rəhbərlik işçilərə müəyyən tapşırıqlar verir. Daha doğrusu, sərəncamverici sənədlə (əmrlə, qərarla, sərəncamla) təsdiq olunmuş işlərin icrası ilə bağlı bir daha xatırlatma edir, onu möhkəmləndirir. Xidməti məktubdan adətən, filialları olan böyük təşkilatlarda istifadə olunur.

Nümunə:

Blank-“Alov” MMC

_____________ 20___-ci il                                                                            №_____

Filial müdirlərinə

Maliyyə departamentinin rəhbərinə

____________-ci ilin 9 ayının yekunları barədə

“Alov” MMC-nin filiallarında maliyyə vəziyyətinin təhlilinin aparılması məqsədilə __________ -ci ilin 9 ayının yekunları ilə bağlı arayışın ____ ________ 20__-ci il tarxinə kimi Maliyyə departamentinin  rəhbərinə təqdim etməyiniz xahiş olunur. İstehsal və satış planını kəsirlə ödəyən filial müdirlərindən arayışa maliyyə vəziyyətinin sağlamlaşdırılması ilə bağlı real və əsaslandırılmış təkliflər əlavə etmələri məqəsədəmüvafiq hesab edilmişdir.

 

Direktor _________ Nüsrət Nəbili

------------------------------------------------------------------------------------

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın