İşçinin başqa işə keçirilməsi elektron informasiya sistemində necə əks olunmalıdır?

İşçinin başqa işə keçirilməsi elektron informasiya sistemində necə əks olunmalıdır?

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

İndi isə işçinin başqa işə keçirilməsinin altsistemə daxil olunması prosedurunu nəzərdən keçirək.

Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol ve­rilir.

Maddədən göründüyü işçinin başqa işə keçirilməsinin iki qaydada rəsmiləşdirilməsi mümkündür:

Birincisi, bu prosesin əmək müqaviləsinə dəyişiklik edilməsi yolu ilə icrası mümkündür. Bu halda əmək müqaviləsinə müvafiq əlavələr olunmaqla (Əlavə razılaşmanın imzalanması ilə) başqa işə keçirilmə reallaşdırılır. Bu barədə “Ştat cədvəlinin tərtibi və ona dəyişikliklər edilməsinin rəsmiləşdirilməsi” bölməsində ətraflı məlumat vermişik.

İkinci hal cari əmək müqaviləsinə xitam verməklə yeni əmək müqaviləsinin imzalanmasıdır. Bu halda işçinin əmək müqaviləsinə xitam verildiyi üçün ona son haqq-hesab ödənilməli, sonra yenidən işə qəbul edilərək, onunla əmək müqaviləsi imzalanmalıdır. Bu barədə isə kitabın “İşə qəbul, başqa işə keçirilmə, işdən kənarlaşdırma və işdən azad olunmanın rəsmiləşdirilməsi” bölməsində ətraflı məlumat verilib.

Birinci halda elektron informasiya sistemində işçinin başqa vəzifəyə keçirilməsi zamanı aşağıdakı prosedurlar həyata keçirilir:

- İşçinin yeni vəzifəsi üçün vakant yer müəyyən edilir;

- İşçinin əmək müqaviləsinə Əlavə Razılaşma imzalanmaqla yeni vakant yerə keçirilir;

- İşçinin öncəki iş yeri ləğv edilir.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər