İşəgötürən əmək şəraitinin şərtlərini necə dəyişdirə bilər?

İşəgötürən əmək şəraitinin şərtlərini necə dəyişdirə bilər?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Əmək Məcəlləsinin 56-cı, “Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi” maddəsinə əsasən, istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir.

Maddədə diqqət yetirəsi iki məqam var. Birincisi, hansı halda əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə zəruriyyətin yaranmasıdır. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi üçün işəgötürənin ciddi əsası olmalıdır.

Mİsal 1. İşəgötürən maliyyə göstəricilərində artım olmasına baxmayaraq, qərar verir ki, işçilərin əmək haqları 30 faiz azaldılsın. İşəgötürənin bu qərarı işçilərin əmək hüquqlarının pozulmasıdır.

Mİsal 2. İctimai iaşə sahəsində fəaliyyət göstərən işəgötürən koronavirus pandemiyası ilə bağlı fəaliyyətinə məhdudiyyət qoyulmasını əsas tutaraq, müəssisədə iş vaxtının 8 saat yox, 6 saat müəyyən edilməsinə qərar verir. Göründüyü kimi, işəgötürənin əmək şəraitinin şərtlərinə dəyişiklik etməsi üçün əsası var.

Mİsal 3. Maska istehsalı ilə məşğul olan işəgötürən koronavirus pandemiyası ilə əlaqədar istehsalın həcminin artırılması üçün işçilərin beşgünlük iş rejimindən altıgünlük iş rejiminə keçməsinə qərar verir. Göründüyü kimi, işəgötürərinin qərarının əsasında istehsal gücünün artırılması dayanır.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər