Əmək müqaviləsi bağlanarkən işçi hansı sənədləri təqdim etməlidir?

Əmək müqaviləsi bağlanarkən işçi hansı sənədləri təqdim etməlidir?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Əmək Məcəlləsinin 48-ci, “Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlər” maddəsinin birinci hissəsinə əsasən, əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçasını, habelə şəxsiyyətini təsdiq edən sənədi və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim edir. 

Maddədən göründüyü kimi, əmək müqaviləsinin bağlanması üçün işçinin mütləq təqdim etdiyi sənəd şəxsiyyət vəsiqəsidir. Çünki istər əmək kitabçası, istərsə də dövlət sosial sığorta şəhadətnaməsi ilə bağlı istisnalar mövcuddur.

Mİsal.  İşəgötürən 12 fevral 2021-ci il tarixdə işçini işə qəbul edir. İşçi qəbul prosesində yalnız şəxsiyyət vəsiqəsini təqdim edir. Çünki işçinin ilk iş yeri olduğu üçün dövlət sosial sığorta şəhadətnaməsini və əmək kitabçasının işəgötürən təmin etməlidir.

Mümkündür ki, Gəncə şəhərində daimi qeydiyyatda olan işçini Bakı şəhərində işə qəbul etməsinlər. Adətən, bəzi dövlət qurumlarına işə düzələrkən bu hala rast gəlinir, işçiyə yaşadığı ünvanda işləmək tövsiyə edilir. Əmək Məcəlləsinin 48-ci maddəsinin ikinci hissəsinə əsasən, əmək müqaviləsinin bağlanması işçinin müvafiq yaşayış məntəqəsində qeydiyyatının olub-olmaması ilə şərtləndirilə bilməz. O səbəbdən işəgötürənin işçinin başqa ərazidə olması səbəbindən işə qəbul etməməsi qanuna ziddir.

İşçi tərəfindən əmək kitabçasının təqdim olunması ilə bağlı bəzi istisnalar mövcuddur. Əmək Məcəlləsinin 48-ci maddəsinin üçüncü hissəsinə əsasən, məcburi köçkün, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olan, habelə Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlanıla bilər.

“Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” AR Qanununa əsasən,  milliyyətinə, irqi və vətəndaşlıq əlamətinə, dini etiqadına, dilinə, habelə siyasi əqidəsinə, müəyyən sosial qrupa mənsubiyyətinə görə təqibə məruz qalması, həyatına, ailəsinə, əmlakına real təhlükə yaranması ilə əlaqədar daimi yaşadığı dövlətin onu müdafiə etməsindən istifadə edə bilməməsi, yaxud təhlükəyə görə bu müdafiədən istifadə etmək istəməməsi üzündən yaşadığı ölkənin hüdudlarından kənarda olan, Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər Azərbaycan Respublikası ərazisində “qaçqın”, Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçən şəxslər və ya başqa ölkədə daimi yaşayış yerini tərk etməyə məcbur olub Azərbaycan Respublikasına gəlmiş Azərbaycan Respublikasının vətəndaşları “məcburi köçkün” sayılır.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın