İşəgötürən işçiyə peyvənd olunması haqqında bildirişi necə hazırlanmalıdır? (Nümünəvi forma)

İşəgötürən işçiyə peyvənd olunması haqqında bildirişi necə hazırlanmalıdır? (Nümünəvi forma)

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

İşçilərin koronavirus əleyihə vaksinasiya ilə tam əhatə olunması məqsədilə əməyin mühafizəsi üzrə əmək şəraitinin şərtlərinin dəyişdirilməsi halında 56-cı maddənin 2-ci hissəsində tələb olunan bütün şərtlərə, bir prosedur istisna edilməklə, əməl olunmalıdır. İstisna olunan prosedur yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq verməyən işçiyə başqa vəzifə təklif edilməsidir. Bu, mümkün deyil. Çünki qeyd olunan halda hansısa işçi və ya işçi qrupu ilə bağlı əmək şəraitinin şərtləri dəyişdirilməyib, bütün müəssisə üzrə əmək şəraitinin şərtləri yenilənib. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı xəbərdarlıq bildirişinin nümunəvi formasını təqdim edirik:

“Alov” MMC-nin işçilərinə

Bildiriş

Əmək şəraitinin şərtlərinin dəyişməsi barədə

 “Alov” MMC-nin direktorunun 01 iyun 2021-ci il tarixli, ____№-li əmri ilə Nazirlər Kabinetinin müvafiq tələbinə uyğun olaraq işçilərin 80 faizinin COVID-19 pasportuna və immunitet sertifikatına malik olması hədəflənib. Bu səbəbdən işçilərin sağlamlıqlarının qorunması, pandemiyanın tәsirlәrinin minimumlaşdırılması mәqsәdilә bütün işçilər üçün əməyin mühafizəsi üzrə əmək şəraitinin şərtləri 01 iyul 2021-ci il tarixindən dəyişdiriləcək.

Yeni şərtlərə uyğun olaraq işçilərin 80 faizi COVID-19 pasportuna və ya immunitet sertifikatına malik olmalıdır. Koronavirus peyvəndinə əks tibbi göstərişi olan və bu barədə müvafiq tibb müəssisəsindən, müddət göstərilməklə, təsdiqedici arayış təqdim edən işçilərə münasibətdə 20 faizlik limit çərçivəsində peyvənd tələbi tətbiq edilməyəcək.

Nəzərinizə çatdırırıq ki, əmək şəraitinin digər şərtlərində (əmək haqqı, iş və istirahət vaxtı, məzuniyyət və sair) hər hansı dəyişiklik edilməyib. Yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq verməyən işçilərlə bağlanmış əmək müqaviləsinə bildirişin təqdim olunduğu tarixdən 1 (bir) ay sonra müvafiq təminatlar ödənilməklə, Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam veriləcək.

Xahiş edirik, əməyin mühafizəsi üzrə əmək şəraitinin yeni şərtlərində işlәmәyә razılığınızı və ya imtinanızı yazılı şәkildә tәsdiq edәsiniz.

Kadrlarla iş şöbәsinin müdiri ________Ağazadә N.H.

01.06.2021

Bildirişi aldım, əmək şəraitinin yeni şərtlərində işlәmәyә razıyam

VƏ YA

Bildirişi aldım, yeni əmək şəraiti ilə işləməkdən imtina edirəm

 

____________ Әliyev N.Ş.

Tarix _______

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın