Əmək müqaviləsinin müddəti necə tənzimlənir?

Əmək müqaviləsinin müddəti necə tənzimlənir?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Əmək Məcəlləsinin 45-ci, “Əmək müqaviləsinin müddəti” maddəsinin birinci hissəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

Maddədən göründüyü kimi, əmək müqaviləsinin müddəti ilə bağlı aşağı hədd tələbi yoxdur. Mümkündür ki, tərəflərin razılığı ilə 1 aylıq, hətta 5 günlük əmək müqaviləsi bağlanılsın.

Əmək Məcəlləsinin 45-ci maddəsinin ikinci hissəsinə əsasən, əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

Mİsal 1.  İşəgötürən və işçi arasında mövsumi iş üçün əmək müqaviləsi bağlanılıb. İşəgötürən 3 aylıq dövr üçün nəzərdə tutduğu əmək müqaviləsində müddət müəyyən etməyi unudub. Bu halda 3 ay bitdikdən sonra işəgötürən işçinin əmək müqaviləsinə müddətli olması səbəbindən xitam verə bilməz. Çünki əmək müqaviləsinin müddətli olması sənəddə qeyd edilməyib.

Mİsal 2  İşəgötürən analıq məzuniyyətinə çıxan işçini əvəz etmək üçün əmək müqaviləsi ilə yeni işçi cəlb edib. Amma müqavilədə müddətlə bağlı hər hansı qeyd etməyib. İşəgötürən analıq məzuniyyəti bitən işçinin geri qayıtmasını əsas tutaraq, onun yerinə götürdüyü işçinin əmək müqaviləsinə 68-ci maddənin “b” bəndi ilə, əmək müqaviləsinin müddətinin qurtarması səbəbindən xitam verə bilməz. Çünki əmək müqaviləsinin müddətli olması ilə bağlı sənəddə hər hansı qeyd yoxdur.

Əmək Məcəlləsinin 45-ci maddəsinin üçüncü hissəsinə əsasən, müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın