Nazirlər Kabinetinin işçilərlə bağlı müəyyənləşdirdiyi 80 faizlik limitə əməl olunması bağlı rəsmiləşdirmə necə həyata keçirilməlidir?

Nazirlər Kabinetinin işçilərlə bağlı müəyyənləşdirdiyi 80 faizlik limitə əməl olunması bağlı rəsmiləşdirmə necə həyata keçirilməlidir?

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

Hazırlıq əmrindən sonra işçilərin vaksinasiyası ilə bağlı vəziyyət araşdırıla, Nazirlər Kabinetinin qərarında müəyyənləşdirilmiş son tarixədək işçilərin ən azı 80 faizinin COVID-19 pasportuna və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olub-olmayacağı haqda ilkin təsəvvür formalaşa bilər.

Hazırlıq əmrində qeyd olunan siyahılar müəyyənləşdirilən tarixdən gec olmayaraq Kadrlarla iş şöbəsi tərəfindən hazırlanaraq direktora təqdim edildikdən sonra onlar ayrıca əmrlə təsdiq oluna bilər. Belə əmrin nümunəvi formasını təqdim edirik:

Blank “Alov” MMC

ӘMR  № ____

Bakı şәhәri                                                     31  may 2021-ci il

Nazirlər Kabinetinin işçilərlə bağlı müəyyənləşdirdiyi

80 faizlik limitə əməl olunması tədbirləri haqqında

Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 26 may 2021-ci il tarixli, 151 saylı qərarının 2.4-cü bəndinin tələblərinə əsaslanaraq

ӘMR EDİRӘM:

  1. “Koronavirus əleyhinə peyvəndlə əhatə olunması planlaşdırılan işçilərin növbəlilik Cədvəli” təsdiq olunsun (1 №-li Əlavə).
  2. “Koronavirus əleyhinə peyvəndə əks tibbi göstərişi olan işçilərin Siyahısı” təsdiq olunsun (2 №-li Əlavə).
  3. “Əmək funksiyaları məsafədən (evdən) işləməyə imkan verən vəzifələrin Siyahısı” təsdiq olunsun (3 №-li Əlavə).
  4. Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızı:

4.1. 1 və 2 nömrəli əlavələrə dəyişikliklər təklif edən zaman COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olan işçilərin xüsusi çəkisinin 80 faizdən aşağı düşməməsini nəzərə alsın.

4.2. “Koronavirus əleyhinə peyvəndə əks tibbi göstərişi olan işçilərin Siyahısı”nda peyvənd vurulmasının təxirə salınma tarixləri yaxınlaşan işçilərə xəbərdarlıq etməklə, onların vaksinasiya ilə əhatə olunmalarına dəstək versin.

4.3. Ehtiyac yaranarsa, iş yerində 20 faizlik limitin aşılmaması üçün koronavirusa qarşı peyvəndə əks tibbi göstərişi olan işçilərin evdən (məsafədən) işləməsi ilə bağlı təkliflər hazırlasın.

  1. Əmrin icrasına nəzarət Ağazadə Nazlı Həsənağa qızına həvalə olunsun.

 

Direktor _______ Nәbili N.N.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın