Bayramdan öncəki tarixdə iş gününün müddəti nə qədər olmalıdır?

Bayramdan öncəki tarixdə iş gününün müddəti nə qədər olmalıdır?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Əmək Məcəlləsinin 108-ci, “İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı günlərdə iş gününün müddəti” maddəsinin birinci hissəsinə əsasən, bu Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.

Bu maddə ilə bağlı 3 fərqli misalı qeyd etmək istərdik.

Mİsal 1. Günlük iş norması 8 saat olan müəssisədə işçilər 27 may 2021-ci il tarixdə 7 saat işləməlidir. Çünki 28 may 2021-il il Respublika günü kimi qeyd olunur.

Mİsal 2. Qisadılmış iş saatı tətbiq edilən hamilə işçi 27 may 2021-ci il tarixdə 7 saat işləməlidir. 28 may 2021-ci il tarixinin bayram günü kimi qeyd edilməsinə baxmayaraq, həmin işçinin bayramdan öncəki iş vaxtının müddəti bir saat azadılmayacaq. Çünki Əmək Məcəlləsinin 108-ci maddəsinin tələbləri qısadılmış iş vaxtı ilə çalışanlara şamil edilmir.

Mİsal 3.  Həftənin bazar ertəsi gününə təsadüf edən 8 mart 2021-ci il tarixində Beynəlxalq Qadınlar günü qeyd edilir. Həftənin cümə günü bayram günündən əvvəlki son iş günü olmasına baxmayaraq, iş vaxtının müddəti azadılmır. Çünki iş vaxtının azadılması bayramdan öncəki günə tətbiq edilir.

Qeyd edək ki, maddəyə əsasən, iş vaxtının bir saat azadılması əmək haqqının hesablanması zamanı nəzərə alınmır.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın