Mks.az-dan HR-lar üçün İKİNCİ tematik təlim: Əmək müqaviləsinə xitam verilərkən nəzərə alınmalı vacib məqamlar
Müzakirəyə çıxarılacaq sualların siyahısı
1) Vəfat edən işçinin əmək müqaviləsinə xitam prosesi: elektron informasiya sistemində və kargüzarlıqda rəsmiləşdirmələr necə həyata keçirilməli, işçinin ailəsinə hansı ödənişlər edilməlidir?
2) Nazirlər Kabinetinin 80%-lik tələbinə əməl etməyərək peyvənddən boyun qaçıran işçini işəgötürən Əmək Məcəlləsinin hansı maddəsi ilə işdən azad edə bilər?
3) Əmək müqaviləsinə xitam verilən işçiyə hesablanmış son haqq-hesabdan (işdənçıxarma müavinəti, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya, xəbərdarlıq müddəti əvəzinə ödəniş və sair) onun işəgötürənə borcu (avans borcu, maddi ziyan, artıq ödənilən məzuniyyət haqqı və s.) tutula bilərmi?
4) Sınaq müddətində olan işçi əmək müqaviləsinə xitamla bağlı işəgötürənə müraciət edərsə, Əmək Məcəlləsinin hansı maddəsinə istinad edilməlidir?
5) İşəgötürən ali məktəbə daxil olan işçini natamam iş vaxtına keçirməlidir, yoxsa onun əmək müqaviləsinə xitam verməlidir?
6) Cinayət törətməkdə ittiham olunan işçi haqqında məhkəmə 4 ay həbs qətimkan tədbiri qərarı çıxarıb. Ancaq hələki işçinin cinayətinin sübutu yetirilməsi ilə bağlı məhkəmə qərarı yoxdur, bu halda işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin hansı maddəsi ilə xitam verilə bilər?
7) Məhkəmənin qərarı ilə işçiyə şərti iş verilib, bu halda işəgötürən işçinin əmək müqaviləsinə xitam vermək hüququna malikdir?
8 ) Müddətli əmək müqaviləsi ilə çalışan işçinin əmək müqaviləsinə xitam zamanı bir həftəlik müddət gözlənilmədən avtomatik artırıldıqda, xitam zamanı hansı fərqli yanaşma tətbiq edilir?
9) İşçi hər hansı səbəb göstərmədən ərizə yazdığı tarixdən sonra bir aylıq müddəti gözləməyərək, daha tez işdən çıxmaq istəyir, işəgötürən bunu təmin etməlidir, etməlidirsə, gələcəkdə hansı risklər yarana bilər?
10) İşçinin vəzifə dəyişikliyi nəticəsində başqa regiona göndərilməsi imtina etməsi əmək şəraitinin dəyişməsi səbəbindən əmək müqaviləsinə xitam anlamına gəlir?
11) Əmək məzuniyyətində olan işçinin əmək müqaviləsinə xitam prosesinin 3 fərqli halı necə rəsmiləşdirilir?
12) İşəgötürən işçinin əmək müqaviləsinə xitam versə də, onu elektron informasiya sistemindən çıxarmayıb. Bu halda işçinin müraciətinə əsasən, müvafiq dövlət qurumu onun əmək müqaviləsini sistemdən çıxara bilər?
13) İşəgötürən işçiyə son haqq-hesab (işdənçıxarma müavinəti, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək haqqı, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və s.) hesablasa da, ödənişi həyata keçirməyib. Bu zaman 1 faizlik ödənc hesablanması bütün məbləğə, yoxsa yalnız əmək haqqına şamil edilir?
14) Hansı halda işəgötürən bir gün işə gəlməyən işçini işdən azad edə bilər? Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam zamanı hansı məqamlara diqqət yetirilməlidir?
15) Əmək qabiliyyətinin müvəqqəti itirilməsi səbəbindən işə gəlməyən işçi, bu barədə öncədən məlumat verməzsə, onu işdən azad etmək olar?
16) Əmək müqaviləsinə xitam verilən işçinin göstəriciləri elektron informasiya sistemindən 3 ay sonra çıxarılıb. Bu halda işçi həmin 3 ay üçün əmək haqqını işəgötürəndən tələb edə bilər?
17) Əmək müqaviləsinə təşkilatın ləğvi ilə bağlı xitam verilməsi məsələsinə Konstitusiya Məhkəməsi hansı fərqli yanaşma tətbiq etdi? Fiziki şəxs olan sahibkarın vəfatı “müəssisənin ləğvi” anlamına gəlir?
18) Əmək müqaviləsinə xitam verilən işçi sonradan xitamla razılaşmazsa, iddia müddəti necə tənzimlənir? Konstitutsiya Məhkəməsinin iddia müddətinin tənzimlənməsi ilə bağlı hansı qərarı var?
19) İşəgötürən ştat vahidinin ixtisarı səbəbindən işçini işdən çıxardıqdan 1 ay sonra həmin vəzifəni bərpa edərək yeni işçi qəbul edərsə, işdən çıxarılan işçi işə qayıtmaq haqqında iddia qaldira bilər?
20) İşəgötürən Əmək Məcəlləsinin 75-ci maddəsinə müvafiq olaraq işçi ilə razılaşır ki, istədiyi vaxt aylıq əmək haqqının 3 mislini ödəməklə onun əmək müqaviləsinə xitam verə bilər? Bu hal qanunvericiliyin pozulmasıdır?
Təlimin başlanma tarixi: 02 oktyabr 2021-ci il, saat 15:00
Təlimin bitmə vaxtı: Mövzu üzrə iştirakçıların son sualları cavablandırılana qədər
Birinci hissə: Mövzu üzrə təqdimat
İkinci hissə: Mövzu üzrə sualların cavablandırılması
Ödəniş üsulu: Nağd və ya nağdsız formada (iştirakçı vergi ödəyicisi olduğu halda müvafiq sənədləşmələr (müqavilə, hesab-faktura, elektron qaimə-faktura və s.) aparılır)
Təlimçilər: Mks.az saytının eksperti, “Əməyin uçotu: A-dan Z-yə” kitabının müəllifi Anar Bayramov və əmək hüququ və kadrlarla iş sahəsində uzun müddət dövlət qurumlarında və özəl sektorda çalışmış tanınmış mütəxəssis
Məlumat almaq və xidmətdən faydalanmaq üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın