Əmək müqaviləsinin tərəfləri kimlərdir?

Əmək müqaviləsinin tərəfləri kimlərdir?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Əmək Məcəlləsinin 42-ci, “Əmək müqaviləsinin tərəfləri” maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

Ölkəmizin ana sənədi olan Konstitusiyanın 35-ci maddəsinin üçüncü hissəsinə əsasən, heç kəs zorla işlədilə bilməz. Hər hansı dövlət və özəl qurumu kimisə məcburi əmək müqaviləsi bağlamağa məcbur edə bilməz. Hər kəsin yaşamaqla yanaşı, işləməmək hüququ da mövcuddur.

Əmək Məcəlləsində əmək müqaviləsinə (kontraktına) verilən tərifdə bildirilir ki, işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsdir. Açılışdan göründüyü kimi, əmək müqaviləsində iki tərəf var. Əmək Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən, əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.

Maddədən göründüyü kimi, əmək müqaviləsi kollektiv müqavilədən fərqli olaraq fərdi qaydada bağlanır. Əmək Məcəlləsində əmək müqaviləsinin tərəfləri olan “İşəgötürən” və “İşçi”nin tərifləri aşağıdakı kimidir:

İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs.

Maddədə diqqət çəkən məqam odur ki, işəgötürən qismində müəssəsisə yox, onun mülkiyyətçisi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı çıxış edə bilər.

Maraqlı məqamdan biri də odur ki, idarə heyətinin qərarı olarsa, insan resursları üzrə mütəxəssis işəgötürən qismində çıxış edə bilər? Fikrimizcə, anlayışdan göründüyü kimi, mülkiyyətçinin təyin etdiyi şəxs ya müəssisəinin rəhbəri, ya da səlahiyyətli orqan olmalıdır. O səbəbdən də, insan resursları mütəxəssisi işəgötürən qismində çıxış edə biməz.

Anlayışın açılışında fiziki şəxs dedikdə isə, fikrimizcə, hüquqi şəxs yaratmadan fərdi sahikarlıq fəaliyyəti ilə məşğul olan şəxslər nəzərdə tutulur. Burda bir maraqlı məqam var ki, fərdi sahibkar özünü və ya başqa şəxsi rəhbər kimi təyinə edə bilər? Fərdi sahibkar işəgötürən hesab edildiyindən başqa şəxsi rəhbər və ya işəgötürən kimi təyin edə bilməz.

İşçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs.

İşçi ilə bağlı diqqət çəkən məqam odur ki, əmək müqaviləsi bağlanan işçiyə haqq ödənilməlidir. Misal üçün, könüllü fəaliyyəti ilə məşğul olan şəxs işçi hesab oluna bilməz. Bundan əlavə, hüquqi şəxs yaratmadan fərdi sahikarlıq fəaliyyəti ilə məşğul olan şəxs işəgötürən olduğu üçün işçi hesab edilə bilməz.

Bundan əlavə, işəgötürənin tərifində qeyd edilir ki, işçilər tam fəaliyyət qabiliyyətli olmalıdır. Mülki Məcəllənin 28.4-cü maddəsinə əsasən, on altı yaşı tamam olmuş yetkinlik yaşına çatmayan əmək müqaviləsi üzrə işləyirsə və ya valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, tam fəaliyyət qabiliyyətli sayıla bilər. Hər iki valideynin, övladlığa götürənlərin və ya himayəçinin razılığına əsasən qəyyumluq və himayəçilik orqanının qərarı ilə, belə razılıq olmadıqda isə məhkəmənin qərarı ilə yetkinlik yaşına çatmayan tam fəaliyyət qabiliyyətli sayılır (emansipasiya). 

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın