İşçinin əmək məzuniyyətindən geri çağırılması necə həyata keçirilməlidir?

İşçinin əmək məzuniyyətindən geri çağırılması necə həyata keçirilməlidir?

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

İşçinin əmək məzuniyyətindən geri çağırılması çox maraqlı və praktiki məsələ olduğundan onu dərindən araşdırmağa çalışacağıq. Hər şeydən əvvəl, qeyd edək ki, işçinin işəgötürən tərəfindən məzuniyyətdən geri çağırılması bir tərəfli proses deyil, Əmək Məcəlləsindən gətirdiyimiz iqtibasdan da göründüyü kimi işçi razı olmasa, onu məcburi şəkildə məzuniyyətdən geri çağırmaq qadağandır. Əgər işəgötürən işçini zorla məzuniyyətdən geri çağırmağa cəhd edərsə, işçi bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət edə bilər.

İşçinin əmək məzuniyyətindən geri çağırılması prosedurunun ardıcıllığı aşağıdakı kimidir.

  • İşçinin mənsub olduğu struktur bölməsinin rəhbəri təşkilatın direktorunun adına xidməti yazı ünvanlayır;
  • Təşkilatın rəhbəri xidməti yazıda səsləndirilən təklifə müsbət dərkənar qoymaqla razılığını bildirir;
  • Kadrlarla iş şöbəsi işçi ilə əlaqə saxlayıb onun yazılı razılığını alır;
  • Təşkilatın rəhbəri işçinin əmək məzuniyyətindən geri çağırılması barədə əmr imzalayır.

Qeyd edək ki, əmək qanunvericiliyində ardıcıllıq bu şəkildə dəqiq əks etdirilməsə də, praktikada işçinin əmək məzuniyyətindən geri çağırılmasının təklif edilən proseduru sınaqdan çıxarılıb.

İndi isə növbə ilə lazım olan sənədlərin nümunəvi formasını təqdim edək…

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın