Boş iş yeri üzrə məlumatın verilməməsinə və ya vaxtında daxil edilməməsinə görə cərimə var?

Boş iş yeri üzrə məlumatın verilməməsinə və ya vaxtında daxil edilməməsinə görə cərimə var?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

İnzibati Xətalar Məcəlləsinin 540.2-ci maddəsinə əsasən, işəgötürən tərəfindən yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 (beş) iş günü müddətində əmək haqqı göstərilməklə bu barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməməsinə görə ona beş yüz manatdan min manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Məcəllədən göründüyü kimi, işəğötürən boş iş yerləri haqqında məlumatı 5 gün müddətində təqdim etməsə, 500 manatdan 1000 manatadək cərimə olunacaq.

İkinci cərimə ƏƏSMN göndəriş verdiyi halda işəgötürən tərəfindən ən geci 5 iş günü müddətində boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarın təqdim edilməməsinə görə tətbiq olunur.

İnzibati Xətalar Məcəlləsinin 540.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi təqdim edildiyi gündən işəgötürən tərəfindən ən geci 5 (beş) iş günü müddətində boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə nəzərdə tutulur.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

 

 

 

 

0 Komment

    Şərh yazın