İşçilərin attestasiyasında vacib məqamlar
Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə
Əmək Məcəlləsinn 3-cü maddəsinə əsasən, işçi dedikdə, işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs başa düşülür. Deməli, işçilərin attestasiya qaydaları xidmət müqaviləsi ilə fəaliyyət göstərən şəxslərə şamil olunmur. Əmək Məcəlləsinin 65-ci, “İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri” maddəsinin birinci hissəsinə əsasən, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Maddədən göründüyü kimi, işçilərin attestasiyasının keçirilməsində məqsəd işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığını müəyyən etməkdir. Bu cür attestasiyanın hədəfi işçi hesab olunmalıdır.
Attestasiya keçirilməsi nəzərdə tutulan işçilərlə bağlı Əmək Məcəlləsinin xüsusi tələbi mövcuddur. Əmək Məcəlləsinin 65-ci maddəsinin ikinci hissəsinə əsasən, yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.
Mİsal 1. İşçi mühasib vəzifəsində 9 aydır ki, çalışır. Bu halda işəgötürən həmin işçinin attestasiyasını həyata keçirə bilməz.
Mİsal 2. Xəzinədar vəzifəsində çalışan işçi 2 ildən sonra mühasib vəzifəsinə keçirilir. İşçi mühasib vəzifəsində 7 ay çalışdığı halda onun attestasiyası həyata keçirilə bilməz. Çünki işçinin bir işəgötürəndə ümumi iş stajının 2 il 7 ay olmasına baxmayaraq, müvafiq vəzifədə (iş yerində) iş stajı bir ildən azdır.
Mİsal 3. İşçi 2019-cu ildə attestasiya olunsa da, işəgötürən qərar verir ki, 2021-ci ildə həmin işçini attestasiya etsin. İşəgötürənnin bu qərarı əmək qanunvericiliyinə ziddir, çünki hər bir işçi üç ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.
Mİsal 4. Elmi-tədqiqat müəssisəsinin elmi işçisi 2017-ci ildə attestasiyadan keçib. 2021-ci ildə işəgötürən qərar verir ki, 3 il müddət keçdiyinə görə işçini attestasiyadan keçirsin. Amma Əmək Məcəlləsinin 65-ci maddəsində elmi işçilər üçün attestasiya müddəti 3 il yox, 5 il müəyyən edildiyindən işəgötürən həmin vəzifədə çalışanlar üçün qeyd edilən müddəti gözləməlidir.
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın