Ezamiyyə əmri necə hazırlanmalıdır? (Nümünəvi forma)
Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” kitabından seçmə
Bir qayda olaraq təşkilatda aparılan vəzifə bölgüsünə görə, işçinin ezamiyyətə göndərilməsi ilə bağlı xərclərin ilkin smetasını mühasib tərtib edir və onu baş mühasiblə razılaşdırır. Razılaşdırmadan sonra smeta təsdiq olunmaq üçün təşkilatın rəhbərinə təqdim edilir. Ancaq prosedurların sayını azaltmaq və sadələşdirmək məqsədilə təklif edirik ki, xidməti ezamiyyə xərclərinin smetası əmrlə birgə təsdiq olunsun. Smetanın hazırlanmasını isə mühasibatlıq icra edə bilər.
Blank “Alov” MMC
ƏMR
№________
Yevlax şəhəri ____ ________________2019-cu il
İşçinin xidməti ezamiyyətə göndərilməsi haqqında
«Alov» MMC ilə “Atəş” MMC arasında bağlanılmış 15 dekabr 2018-ci il tarixli, 156/AS№-li alğı-satqı müqaviləsinə və “Alov” MMC-nin İnformasiya texnologiyları şöbəsinin müdiri Əliyev Nazim Kazım oğlunun “Atəş” MMC-də quraşdırılacaq avadanlıqlara proqram təminatının yazılması zərurəti barədə 12 avqust 2019-cu il tarixli xidməti yazısına uyğun olaraq
ƏMR EDİRƏM:
- «Alov» MMC-nin İnformasiya texnologiyaları şöbəsinin aparıcı mütəxəssisi Sadıqov Qabil Cavad oğlu quraşdırılan avadanlıqlara proqram təminatı yazmaq məqsədilə 16 avqust 2019-cu il tarixdən 19 avqust 2019-cu il tarixinə kimi, 4 (dörd) gün müddətinə “Atəş” MMC-nin Bakı şəhərində yerləşən zavoduna ezam olunsun.
- İşçinin xidməti ezamiyyət xərclərinin smetası təsdiq olunsun (Smeta əmrə əlavə olunur).
- Baş mühasib Səlimova Sultanə Sabir qızı ezamiyyə xərclərinin smetasına uyğun olaraq işçiyə avans pulunun ödənilməsini həyata keçirsin.
- Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızına həvalə olunsun.
Qoşma: Ezamiyyə xərclərinin smetası, 1 vərəq, 1 nüsxə.
Direktor ________ Nəbili N.N.
Əmrlə tanış oldum:
Baş mühasib___________Səlimova S.S.
Tarix: _____ _____________
İT şöbəsinin aparıcı mütəxəssisi___________Sadıqov Q.C.
Tarix: _____ _____________
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın