Əmək müqaviləsinin ləğvi ilə bağlı əmr hazırlanması üzrə tələblər ( NÜMÜNƏVİ FORMA)
Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə
Əmək Məcəlləsinin 84-cü, “Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu” maddəsinin birinci hissəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir:
- müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı;
- işçinin adı, atasının adı və soyadı;
- əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı;
- əmək müqaviləsinin ləğv edilməsinin əsası;
- həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi;
- əmək müqaviləsi ləğv edilən gün, ay və il;
- əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
Bölmənin girişində qeyd etdiyimiz kimi, əmək münasibətləri ilə bağlı rəsmiləşdirmə qaydaları təşkilatımızın digər nəşri “A-dan Z-yə Kargüzarlıq” kitabında verilib. Həmin kitabdan əmək müqaviləsinə xitamla bağlı əmrin nümünəvi formasını təqdim edirik:
Əmrin nümunəvi forması
Blank “Alov” MMC
ƏMR
№________
Bakı şəhəri 14 iyul 2021-ci il
İşçinin əmək müqaviləsinə xitam verilməsi (işdən azad olunması) haqqında
“Alov” MMC-nin Satış şöbəsinin ekspeditoru Əhmədov Sulduz Musa oğlunun həqiqi hərbi xidmətə çağırılması haqqında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsinin 07 iyul 2021-ci il tarixli, ___№-li çağırış vərəqəsinə və işçinin 13 iyul 2021-ci il tarixli ərizəsinə əsaslanaraq
ƏMR EDİRƏM:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “a” bəndinə müvafiq olaraq həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar “Alov” MMC-nin Satış şöbəsinin ekspeditoru Əhmədov Sulduz Musa oğlu ilə bağlanılmış ____ __________2018-ci il tarixli, _____ №-li əmək müqaviləsinə xitam verilsin, işçi 14 iyul 2021-ci il tarixdən işdən azad olunsun.
- Baş mühasib Ağayeva Sərvinaz Əfzələddin qızı işçiyə son haqq-hesabın ödənilməsini təmin etsin.
- Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızına həvalə olunsun.
Direktor _______ Bayramlı T.T.
Əmrlə tanış oldum:
________ Əhmədov S.M.
14 iyul 2021-ci il
Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın