Əmək şəraitinə əsasən, qısaldılmış iş vaxtı necə müəyyən edilir?

Əmək şəraitinə əsasən, qısaldılmış iş vaxtı necə müəyyən edilir?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Əmək Məcəlləsinin 92-ci, “Əmək şəraiti zərərli olan işlərdə çalışan işçilər üçün iş vaxtının qısaldılmış müddəti” maddəsinin birinci hissəsinə əsasən, əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin istehsalatların, peşə və vəzifələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 noyabr 2004-cü il tarixli, 175 nömrəli qərarı ilə “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin siyahısı” təsdiq edilib. Oxucularda müəyyən təsəvvür yaranması üçün kitabın üzərindəki CD diskdə də yerləşdirilən həmin qərardan bəzi vəzifələri təqdim edirik:

Ventilyasiya bölməsi

Etil mayesinin istehsalatına xidmət edən fəhlələr və mütəxəssislər.

Etil mayesinin sex anbarında

Fəhlələr və mütəxəssislər;

Avtomatika və ölçmə-nəzarət cihazları üzrə çilingər, xammalın gətirilməsi üzrə fəhlələr, istehsalat sahələrini yığışdıran, etil mayesi istehsalına xidmət edən dülgər, tənəkəçi, şüşəsalan və rəngsaz;

Etil mayesi istehsalına xidmət üzrə texniki nəzarət işçiləri;

Etil mayesi ilə iş aparan elmi-tədqiqat və müəssisə laboratoriyalarının işçiləri;

...............;

Etil mayesinin tədqiqatı üzrə motor-sınaq stansiyasında fəhlələr və mütəxəssislər.

Bu tip işçilər üçün həftəlik 36 saat iş vaxtından artıq norma müəyyən edilə bilməz. Amma Ftoroüzvi turşularının istehsalı ilə məşğul olan müəssisənin mühasibinin həftəlik iş norması 40 saat müəyyən edilə bilər.

Əmək Məcəlləsinin 92-ci maddəsinin ikinci hissəsinə əsasən, əmək şəraiti zərərli olan işlərin siyahısı və bu işləri yerinə yetirən işçilər üçün iş vaxtının qısaldılmış müddəti kollektiv müqavilələrlə, həmin müqavilələr bağlanmadığı hallarda isə, işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasındakı məsləhətləşmələrdən sonra, bu maddənin birinci hissəsində göstərilən siyahı nəzərə alınmaqla müəyyən edilir.

Maddədən göründüyü kimi, işəgötürən kollektiv müqavilərlərdə qısaldılmış iş vaxtı tətbiq ediləcək işçilərin siyahısını müəyyən etməlidir. Bu zaman həm Nazirlər Kabinetinin 175 saylı qərarı, həm də işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasındakı məsləhətləşmələr də nəzərə alınmalıdır.

Məlumat üçün qeyd edək ki, Əmək Məcəlləsinin 159-cu maddəsinə əsasən, Bu Məcəllənin 91-ci, 92-ci və 93-cü maddələri ilə müəyyən edilmiş qısaldılmış iş vaxtı şəraitində çalışan işçilərin əməkhaqları normal iş vaxtı üçün müəyyən edilən tam məbləğlərdə ödənilir. 

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər