İşəgötürən işçinin əmək müqaviləsində şərt qoya bilər ki, əmək haqqının müəyyən hissəsini ödəməklə işdən çıxarda bilər?

İşəgötürən işçinin əmək müqaviləsində şərt qoya bilər ki, əmək haqqının müəyyən hissəsini ödəməklə işdən çıxarda bilər?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Əmək Məcəlləsinin 75-ci maddəsinin dördüncü və beşinci hissələrinə əsasən, əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır. Əmək müqaviləsinə xitam verilməsinə dair tərəflər onların şərəf və ləyaqətini alçaldan, bu Məcəllədə nəzərdə tutulan hüquqlarını məhdudlaşdırmağa yönəldilən şərtlər müəyyən edə bilməzlər.
Hər üç halı misallar üzərində nəzərdən keçirək.
Mİsal. İşəgötürən işçi ilə 8 aylıq əmək müqaviləsi imzalayır. Əmək müqaviləsində qeyd olunr ki, işəgötürən işçinin gələcək dövr üçün əmək haqlarını qabaqcadan ödəməklə onu işdən azad etmək hüququna malikdir. 4 aydan sonra işəgötürən işçiyə hər hansı səbəb göstərmədən onunla işləmək istəmədiyini və gələcək dövrün əmək haqlarını ödəməklə onu işdən azad edəciyini bildirir.
Maraqlıdır ki, işəgötürənin qərarının əmək münasibətləri ilə bağlılığı yoxdur. İşçi bu halla razı deyilsə, şərəf və ləyaqətinin alçaldıldığını iddia edirsə, işəgötürən belə hallara yol verməməlidir. Əmək Məcəlləsinin 179-cu maddəsinin 2-ci hissəsinin “l” bəndinə əsasən bilavasitə qanunvericilikdə nəzərdə tutulmuş, habelə işəgötürən tərəfindən müəyyən edilən digər hallarda işçinin iş yeri və orta əmək haqqı saxlanılır. Hesab edirik ki, işəgötürən ayrı-seçkiliyə yol vermədən belə halları müəyyən edə bilər.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər