İşəmuzd əməyin ödənilməsi zamanı məlumatlar elektron informasiya sisteminə necə işlənilir?

İşəmuzd əməyin ödənilməsi zamanı məlumatlar elektron informasiya sisteminə necə işlənilir?

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

İşəmuzd əməyin ödənilməsi sisteminə gəlincə isə, işçilərə hesablanan əmək haqqının ödəniş formasından asılı olmayaraq (yəni, vaxtamuzd və ya işəmuzd) onlarla əmək müqavilələri eyni qayda üzrə bağlanır. Yəni, işəmuzd əməyin ödənilməsi üçün fərqli əmək müqaviləsi tətbiq edilmir. 

İşçi üzrə əməyin işəmuzd ödənilməsi sistemini seçdikdə, elektron informasiya sistemində bildiriş çıxır.

Əmək Məcəlləsinin 149-cu maddəsində qeyd edilir ki, əməyin işəmuzd ödənilməsində qiymətlər müəyyən edilmiş iş dərəcələri, əməyin ödənilmə dərəcələri, tarif (vəzifə) maaşları və hasilat normaları (vaxt normaları) əsas götürülməklə müəyyən edilir.

İşəmuzd əməyin ödənilməsi ilə bağlı göstəricilərin elektron informasiya sistemində düzgün işlənilməsi qaydasına baxaq. Fikrimizcə, əməyin işəmuzd ödənilməsinin rəsmiləşdirilməsi zamanı həm tarif (vəzifə) maaşı, həm də əməyin işəmuzd qaydada ödənilməsi qeyd olunmalıdır.

Tarif (vəzifə) maaşının necə müəyyən edilməsi çox maraqlı məsələlərdəndir. İşəgötürən hər hansı ştat vahidi yaratdıqda iş vaxtının norması ilə yanaşı, əmək haqqı da müəyyən edir. Bu zaman işəgötürən artıq həmin vakant vəzifə üzrə əmək haqqını işin və vəzifənin xüsusiyyətinə görə müəyyən edir. İşəgötürən müəyyən edir ki, suvaqçı və ya rəngsaz vəzifəsində çalışacaq işçiyə nə qədər əmək haqqı ödənilməlidir. Başqa sözlə desək, işəgötürən işçinin vaxtamuzd və ya işəmuzd işləməsindən asılı olmayaraq, aylıq vəzifə maaşını mütləq müəyyən etməlidir. İşəgötürən ştat vahidi yaradılması ilə bağlı əmrdə aylıq vəzifə maaşını və əməyin ödənilmə sistemini (işəmuzd və ya vaxtmuzd) qeyd etməlidir.

Misal. İşəgötürən qərar verir ki, 10 ay müddətində, 5 günlük iş rejimində tam ştat vahidi suvaqçı vəzifəsi üzrə vakant yer yaradılsın və işçinin vəzifə maaşı 600 manat müəyyən edilsin. Həmçinin əmrdə qeyd edilir ki, işçinin əməyinin ödənilməsi işəmuzd olaraq həyata keçirildiyindən ona suvadığı hər kvadrat metrə görə 8 manat əmək haqqı ödənilsin.

Ştat vahidinin yaradılması ilə bağlı müvafiq bölmədə əmr nümunələri təqdim edildiyindən bu fəsildə digər əmr formalarını verəcəyik.

Misalımıza uyğun əmrin nümunəvi forması növbəti səhifədəki kimi olacaq….

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər