Əmək münasibətlərinin yarandığı halda mülki hüquqi müqavilənin ləğvi necə rəsmiləşdirilməlidir? (Nümünəvi forma)

Əmək münasibətlərinin yarandığı halda mülki hüquqi müqavilənin ləğvi necə rəsmiləşdirilməlidir? (Nümünəvi forma)

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (III nəşr) kitabından seçmə

Hesab edək ki, şirkət fərdi sahibkarla satdığı məhsulların reklam edilməsi xidmətinin göstərilməsini nəzərdə tutan mülki hüquqi müqavilə bağlayıb. Müqavilədə qeyd olunub ki, şirkət fiziki şəxsə aylıq 250 manat xidmət haqqı və hər qazandırdığı müştərinin alışının dəyərinin 3% həcmində bonus ödəniləcək. Artıq belə xidmət müqavilələrinin bağlanılması Əmək Məcəlləsinin tələblərinə zidd hesab olunduğundan onun əmək  müqaviləsi ilə əvəz olunmasını tövsiyə edirik.

Blank “Alov” MMC

ӘMR  № _____

Zəngilan şәhәri                                ____ _________________2021-ci il

Məhsulların reklamı xidmətinin göstərilməsini nəzərdə tutan

mülki hüquqi müqavilənin ləğvi haqqında

Azәrbaycan Respublikasının Әmәk Mәcәllәsinin 7-ci maddәsinin

2-3 hissəsinin 7-ci bəndinə və 2-4-cü hissəsinə əsaslanaraq

ӘMR EDİRӘM:

  1. Fərdi sahibkar Quliyev Rza Әşir oğlu ilə (VÖEN: 7500XXXXXX) bağlanılmış, məhsulların rekalm edilməsi üzrə xidmətin göstərilməsini nəzərdə tutan 19 fevral 2021-ci il tarixli, 26/21 №-li mülki-hüquqi müqavilə ləğv olunsun.
  2. Baş mühasib Ağayeva Sərvinaz Əfzələddin qızı mülki-hüquqi müqavilədə nəzərdə tutulan qaydada Quliyev Rza Әşir oğlu ilə son hesablaşmaların həyata keçirilməsini təmin etsin.
  3. Kadrlarla iş şöbәsinin müdiri Ağazadә Nazlı Hәsәnağa qızı:

3.1. Quliyev Rza Әşir oğlunun ştat cәdvәlinә uyğun olaraq aylıq vәzifә maaşı 250 (iki yüz əlli) manat və satışdan gələn gəlirin 3 faizi həcmində müәyyәnlәşdirilmiş əmək haqqına əlavədən ibarət olan reklam agenti vəzifəsinə qəbul olunması üçün onunla Əmək Məcəlləsinin 47-ci maddəsinin “a” bəndinə müvafiq olaraq müddəti 7 (yeddi) ay olmaqla əmək müqaviləsi bağlanılması və əmək müqaviləsi göstəricilərinin elektron informasiya sisteminə daxil edilməsi prosedurlarını həyata keçirsin.

3.2. Əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə elektron qaydada məlumat əldə edildikdən sonra işçinin işə qəbul olunmasının əmrlə rəsmiləşdirilməsini təmin etsin.

  1. Әmrin icrasına nəzarəti özümdə saxlayıram.

Direktor _______ Nәbili N.N.

Әmrlә tanış oldum:

__________ Quliyev R.Ə.  Tarix: ________

__________ Ağayeva S.Ə. Tarix: ________

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər