İş vaxtının cəmlənmiş uçotu əmək müqaviləsində necə əks etdirilməlidir?

İş vaxtının cəmlənmiş uçotu əmək müqaviləsində necə əks etdirilməlidir?

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” kitabından seçmə

Əvvəlcə, son dövrlər təcrübədə daha çox rast gəlinən iş rejimi - iş vaxtının cəmlənmiş uçotu haqqında məlumat verək.

Əmək Məcəlləsinin 96-cı maddəsinə əsasən, qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.

Göründüyü kimi, iş vaxtının cəmlənmiş uçotunda iş vaxtının müddəti 8 saatdan daha çox ola bilər. Adətən iş vaxtının cəmlənmiş uçotu mühafizəçilərə münasibətdə tətbiq edilir.

Bu halda əmək müqaviləsində yazılış aşağıdakı kimi olacaq:

4.26. İşçi iş vaxtının cəmlənmiş uçotu üzrə növbəliliyə əməl olunmaqla gündəlik 12 saat çalışır.

4.27. İşçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saatdır.

4.28. Qeydiyyat (uçot) dövrü illikdir.

4.29. İş vaxtının cəmlənmiş uçotu qaydasında işçinin iş rejimi qrafiki hər ayın sonunda tərtib olunur, həmkarlar ittifaqı ilə razılaşdırılır.

4.30. İşçi qrafiklə imza atmaqla tanış olur və qrafikdəki iş rejiminə uyğun işləməyi öhdəsinə götürür.

4.31. İşçinin iş və istirahət günləri növbəlilik cədvəlinə (qrafikinə) uyğun tənzimlənir.

4.32. Əmək şəraitinin xarakterinə görə işi dayandırmaqla fasilənin vaxtını və davamiyyətini müəyyən etmək mümkün olmadığından, işəgötürən işçiyə nahar etməyə şərait yaradır.  

Fərqli iş rejimlərindən biri də, işçinin sərbəst iş qrafikində işləməsidir. Məsələn, işəgötürənlə işçi razılaşırlar ki, işçi üçün konkret iş saatları müəyyən edilmir. Amma iş funksiyasının həyata keçirilməsi üçün işçi həftədə (ayda) 2 saat çalışacaq. Bu şərtlərin əmək müqaviləsində əks etdirilməsi qaydası bölmənin əvvəlki səhifələrində verilib.

 

2021-ci ilin iyul ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər