Müəssisədə həmkarlar ittifaqı yaradılması ilə bağlı VACİB MƏQAMLAR

Müəssisədə həmkarlar ittifaqı yaradılması ilə bağlı VACİB MƏQAMLAR

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Əmək Məcəlləsinin 3-cü maddəsində qeyd edilir ki, işçilərin nümayəndəli orqanı dedikdə,  əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək məqsədi ilə işçilərin könüllü birləşib yaratdıqları nizamnamə və müvafiq qanunvericilik əsasında fəaliyyət göstərən həmkarlar ittifaqları təşkilatları (birlikləri) başa düşülür.

Maddədən göründüyü kimi, həmkarlar ittifaqlarının yaradılması könüllük prinspləri əsasında formalaşır, hər hansı müəssisədə məcburi həmkarlar ittifaqının yaradılması həyata keçirilə bilməz. 

İndi isə həmkarlar ittifaqının yaradılması ilə bağlı vacib məqamları qeyd edək:

Həmkarlar ittifaqı təkcə işçilər tərəfindən yaradılan qurum deyil.

“Həmkarlar ittifaqları haqqında” AR Qanuna qeyd edilir ki, nəinki işçilər, hətta pensiyaçılar və təhsil alan şəxslər birləşərək həmkarlar ittifaqı təşkilatını təsis edə bilərlər.

Həmkarlar ittifaqı yaradılması üçün minimal say tələbi var.

Qanunda qeyd edilir ki, ən azı yeddi nəfərin həmkarlar ittifaqı yaratmaq və öz istəkləri ilə müvafiq həmkarlar ittifaqı təşkilatında birləşib onun nizamnaməsini qəbul etmək hüququ var.

Həmkarlar ittifaqının yaradılması üçün rəhbərlikdən icazə alınmasına ehtiyac yoxdur.

Qanunda  bildirilir ki, işçilər, pensiyaçılar, təhsil alan şəxslər heç bir fərq qoyulmadan öz istəkləri ilə, qabaqcadan icazə almadan könüllü surətdə həmkarlar ittifaqları yaratmaq, habelə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq və həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.

 

2021-ci ilin iyul ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın