Anar Bayramovun təqdimatında: Əmək müqaviləsinə xitam verilməsi

Anar Bayramovun təqdimatında: Əmək müqaviləsinə xitam verilməsi

Əmək müqaviləsinə xitam verilməsinin hüquqi əsaslandırması necə tənzimlənir? Suala iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.

Əmək Məcəlləsinin 76-cı – “Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər” maddəsinin birinci hissəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

Misal 1: Tutaq ki, işçi əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə ərizə verir. Bəzi müəssisə rəhbərləri əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndini və ya 69-cu maddəsinin birinci hissəsini əsas tutaraq xitam verirlər. Bu halda əmək müqaviləsinə xitam verən zaman işəgötürənin qeyd olunan iki maddənin birindən istifadə etməsində heç bir qanun və ya prosedur pozuntusu yoxdur. Amma işəgötürən xitamla bağlı sənədlərdə həm 68-ci, həm də 69-cu maddəni qeyd edərsə, Əmək Məcəlləsinin 76-ci maddəsinin ikinci hissəsinin tələblərini pozmuş olacaq.

76-cı maddənin ikinci hissəsində qeyd edilir ki, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

Misal 2: Tutaq ki, sərxoş vəziyyətdə işə gələn işçi əmək intizamını kobud surətdə pozub, intizam xətası törədib. Həmin işçinin müddətli əmək müqaviləsi hadisə baş verdikdən 10 gün sonra başa çatacaq. Bu halda işəgötürən işçinin əmək müqaviləsinə xitam verərkən, həm Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, həm də 73-cü maddəsinə əsaslana bilməz. Artıq qeyd etdiyimiz kimi, işçinin əmək müqaviləsinə yalnız bir maddə ilə xitam verməlidir.

Mənbə: Vergiler.az

 

2021-ci ilin iyul ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

1 Komment

  1. İrada mammadova 09 Oktyabr 2022

    240621 tarixdə hekim işlediyim müessisenin direktoru ile müddetsiz emek müqavilesi imzsladım eyni anda müddetli müqavilede teqdim etmişler bilmeden imsalamışam 280922 tarixde işime xitam verildikden sonra bu elaveni o biri müqavile aradında tapdım oxudum xeberim bele yoxdu Eyni anda 2 müqavile müddətsiz ve müddetli imzalamışam demek ki Bu nece olur axı men ne etmeliyem

Şərh yazın