Məzuniyyət haqqı ən geci hansı tarixdə ödənilməlidir?
Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə
Məzuniyyət haqqının nə vaxt ödənilməsi məsələsinə gəlincə isə, Əmək Məcəlləsinin 140-cı maddəsinin beşinci hissəsinə əsasən, işçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir.
Maddədən göründüyü kimi, məzuniyyət haqqının ödənilməsi üçün konkret müddət müəyyənləşdirilib. Əmək Məcəlləsinin 138-ci maddəsində qeyd edilib ki, işçinin məzuniyyətə göndərilməsi əmri də ən azı 5 gün əvvəl verilməli və işçi əmrlə tanış edilməlidir. Fikrimizcə, uzun müddətli məzuniyyətlər zamanı bunu gözləmək mümkün olsa da, qısa müddətli (1, 3 və ya 5 günlük) məzuniyyət zamanı bu işlərin icrası mühasibatlıq bölməsi üçün əlavə yük yaradır.
Əmək Məcəlləsi imkan verməlidir ki, az müddətli (14 təqvim günunə qədər) məzuniyyətin ödənilməsi əmək haqqı ödənişləri ilə eyni vaxtda həyata keçirilsin. Təbii ki, bu zaman işçi və işəgötürənin də razılığı olsun. Hazırda qüvvədə olan Əmək Məcəlləsinin 140-cı maddəsi bu cür razılaşmanın həyata keçirilməsinə imkan vermir. Çünki əmək qanunvericiliyinin tələbinə görə, müddətindən asılı olmayaraq məzuniyyət haqqı işçinin əmək məzuniyyətinə çıxmasından 3 gün öncə ödənilməlidir.
Bir məsələni qeyd edək ki, DƏMX-nin ötən dövrlərdəki yoxlamaları zamanı ən çox cərimə yazdıqları məsələ sırf məzuniyyət haqqının ən geci 3 gün qalmış ödənilməməsi ilə bağlı idi. Son zamanlar DƏMX-də islahatlar həyata keçirilsə də, həmkarlarımıza məzuniyyət haqqının ödənişi məsələsində diqqətli olmağı tövsiyə edərdik.
2021-ci ilin iyul ayında satışda olan kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın