Marketdə müvafiq iş (geyim) xidmət göstərən şəxslə mütləq olaraq əmək müqaviləsi imzalanmalıdır?

Marketdə müvafiq iş (geyim) xidmət göstərən şəxslə mütləq olaraq əmək müqaviləsi imzalanmalıdır?

Dövlət Vergi Xidmətinin şöbə rəisi əmək münasibətləri rəsmiləşdirimədiyi halda cərimələrə aydınlıq gətirdi

“Asan Radio”da tanınmış jurnalist Əli Əhmədovun aparıcısı olduğu “Sahibkarlar Klubu” verilişində Əmək Məcəlləsində xidmət müqavilələri ilə bağlı edilən son dəyişikliklər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin şöbə rəisi Tural Vəliyevin iştirakı ilə müzakirə olunub.

 

Sual: Vergi xidməti belə bir araşdırma aparıbmı, indiyədək neçə min işçi əmək münasibəti olduğu halda xidmət müqaviləsi ilə çalışırdı? Parlamentdə gedən müzakirələrdə “600 000 işçi” ifadəsi səsləndirildi.

Cavab: Mən konkret rəqəm səsləndirə bilməyəcəm. Amma əmək müqaviləsi əvəzinə xidmət müqaviləsi bağlayan işəgötürənlər yetərincədir. Nədən xidmət müqavilələrinə hədd qoyulması, əmək müqavilələri ilə sərhəddin müəyyənləşdirilməsi zərurəti yarandı? Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması məqsədilə həyata keçirilən nəzarət tədbirləri zamanı, vergi orqanlarının qarşısında qanunvericilkdə boşluğun olmasındanmı, yoxsa işəgötürənin şəxsi mülahizələrindənmi qaynaqlanan ziddiyyətli məqamlar ortaya çıxırdı. Zidiyyətli məqamlar isə qanunvericiliyə uyğun olaraq vergi ödəyicilərinin (işəgötürənlərin) xeyrinə şərh olunur. Ona görə də qanunvericilikdə bu sərhəd müəyyənləşdirildi. Rəqəm kifayət qədər böyük olmasa da, belələri az deyildi. Bir misal deyim. Marketlər şəbəkəsində nəzarət tədbiri zamanı aşkar olunurdu ki, 10-dan çox əmək müqaviləsiz işçi var. Bu hal Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə cinayət məsuliyyəti yaradır. Belə pozuntunun cəzası artıq azadlıqdan məhrumetmədir. İşçi müvafiq iş (geyim) formasında piştaxtanın arxasında xidmət göstərir. O, artıq muzdlu işçidir. Ancaq araşdırırsan, məlum olur ki, onunla əmək yox, xidmət müqaviləsi bağlanılıb.

 

2021-ci ilin iyul ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər