Həkimlər xidmət müqaviləsi ilə fəaliyyət göstərə bilərlər? (IV yazı)

Həkimlər xidmət müqaviləsi ilə fəaliyyət göstərə bilərlər? (IV yazı)

Tural Vəliyev: “həkimlər işləri fəaliyyət göstərdikləri səhiyyə ocağında görürlərsə...”

“Asan Radio”da tanınmış jurnalist Əli Əhmədovun aparıcısı olduğu “Sahibkarlar Klubu” verilişində Əmək Məcəlləsində xidmət müqavilələri ilə bağlı edilən son dəyişikliklər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin şöbə rəisi Tural Vəliyevin iştirakı ilə müzakirə olunub.

Sual: Qısaca deyərdiniz, həkimlərlə bağlı vəziyyət necədir? Hamıya məlumdur ki, həkimlər kifayət qədər böyük zəhmət haqqı alırlar. Onlar xidmət müqaviləsi ilə işləyə bilərlərmi?

Cavab: Həkimlərin xidməti müqaviləsi ilə işləmək məsələsi belədir: əgər həkimlər işləri fəaliyyət göstərdikləri səhiyyə ocağında görürlərsə, müvafiq iş rejimində tabelə qol çəkməklə işə çıxırlarsa, onlarla mütləq əmək müqaviləsi bağlanmalı və əmək haqqı müəyyənləşdirilərək işlərə cəlb olunmalıdırlar.  Əmək Məcəlləsinin 157-ci maddəsi işçilərə əmək haqqıdan əlavə vəsaitlər, mükafatlar almağı qadağan etmir. Hətta Əmək Məcəlləsinin 157-ci maddəsinə uyğun  olaraq işçi əlavə vəsaitlər, mükafatlar alırsa, bu, əmək haqqına bərabər tutulur. Ona görə də əmək müqavilələri rəsmiləşdirilməli və əmək haqları ağardılmalıdır.  Həkimlərlə bağlı bir başqa problem də var. Bəzən tibb müəssisəsində işləyən həkim reallıqda daha çox vəsait alır, amma onun əmək haqqı 300-500 manat rəsmiləşdirilir. Bu da yolverilməzdir. Artıq belə müəssisələrdə əmək haqlarının ağardılması prosesinə başlanılıb.

 

2021-ci ilin iyul ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər