Natamam iş vaxtında əməyin ödənilməsi necə həyata keçirilməlidir?
Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə
Əmək Məcəlləsinin 171-ci, “Natamam iş vaxtında əməyin ödənilməsi” maddəsində də qeyd edilir ki, bu Məcəllədə nəzərdə tutulan qaydada natamam iş günü və ya natamam iş həftəsi ilə işləyən işçilərə əmək haqqı işə sərf edilmiş vaxta mütənasib və ya görülən işin faktik hasilatına görə ödənilir.
Mİsal. İşəgötürən ixtisassız işçi ilə minimum əmək haqqı olan 250 manatlıq əmək müqaviləsi bağlayıb. İşəgötürən və işçi arasında razılaşmaya əsasən, natamam iş vaxtına keçdiyi üçün işçi hər iş günü 7 saat işləyəcək. İşəgötürən işçinin natamam iş vaxtına keçməsini nəzərə alaraq ona 150 manat əmək haqqı müəyyənləşdirir. Artıq bu qalnunvericiliyə ziddi qərar hesab olunur. Çünki tam iş saatına görə minimum aylıq əmək haqqı 250 manat müəyyən edilibsə, o zaman gündəlik 7 iş saatına ən azı 218,75 manat ((250 manat x 7 saat) / 8 saat) əmək haqqı müəyyən edilməlidir.
Əmək Məcəlləsinin 94-cü maddəsinin 5-ci hissəsinə əsasən, əmək funksiyasını natamam iş vaxtında yerinə yetirən işçilərin Əmək Məcəlləsi və ya əmək müqaviləsi ilə müəyyən edilmiş əmək hüquqlarının hər hansı şəkildə məhdudlaşdırılması yolverilməzdir.
Bəzi işəgötürənlər hesab edirlər ki, işçi natamam iş vaxtı ilə çalışdığı üçün Əmək Məcəlləsi ilə müəyyən edilən normalar da ona müvafiq hesablanmalıdır. Misal üçün, mütəxəssis kimi çalışan işçi gündə tam iş vaxtının yarısı qədər - 4 saat işləyirsə, bu məntiqlə ona əsas məzuniyyət 30 yox, 15 gün verilməlidir. Xeyr, işçinin tam iş vaxtı ilə, yoxsa natamam iş vaxtı ilə çalışmasının nə əmək məzuniyyətinə, nə də müavinətlərin hesablanmasına hər hansı təsiri yoxdur.
2021-ci ilin iyul ayında satışda olan kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın