İşçinin sınaq müddəti ilə işə qəbul olunması haqqında necə rəsmiləşdirilməlidir?
Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” kitabından seçmə
İşəgötürənlər və işçilər unutmasınlar ki, yeni işə qəbul olunan işçiyə münasibətdə sınaq müddətinin müəyyənləşdirilməsi işəgötürənin öhdəliyi yox, hüququdur. O, sınaq müddətini müəyyənləşdirib-müəyyənləşdirməməkdə sərbəstdir. Mümkündür ki, işçinin işə qəbulla bağlı ərizəsində də bu barədə qeydlər olsun.
İşçinin sınaq müddəti təyin olunmaqla işə qəbulu əmrinin nümunəvi formasını təqdim edirik.
Blank “Alov” MMC
ƏMR
№________
Xaçmaz şəhəri ____ ________________2019-cu il
İşçinin sınaq müddəti ilə işə qəbul olunması haqqında
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 81-ci maddəsinin 1-ci bəndinə və Quliyev Rza Əşir oğlu ilə bağlanılmış ___ ________2019-cu il tarixli və ___№-li əmək müqaviləsi bildirişinə əsaslanaraq
ƏMR EDİRƏM:
- Quliyev Rza Əşir oğlu 03 avqust 2019-cu il tarixdən “Alov” MMC-nin Satış şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə təyin edilsin.
- İşçinin aylıq vəzifə maaşı ştat cədvəlinə uyğun olaraq 752 (yeddi yüz əlli iki) manat müəyyənləşdirilsin.
- İşçiyə münasibətdə ___ _______2019-cu il tarixdən ____ _________2019-cu il tarixədək, 2 (iki) aylıq sınaq müddəti təyin edilsin.
- İşçi vəzifə təlimatı ilə tanış edilsin.
- Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızına həvalə olunsun.
Direktor _______ Nəbili N.N.
Əmrlə tanış oldum:
__________ Quliyev R.Ə.
Tarix: ________
2021-ci ilin iyul ayında satışda olan kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın