HR mütəxəssisi saatlıq icazəni necə tənzimləməlidir?

HR mütəxəssisi saatlıq icazəni necə tənzimləməlidir?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Həmkarlarımızı maraqlandıran məsələlərdən biri də, saatlıq icazənin necə tənzimlənməsidir. İşçinin iş gününün müəyyən saatları üçün icazə alması ödənişsiz məzuniyyətə aid edilir?

Əmək Məcəlləsinin 12-ci maddəsinin “ə” bəndinə əsasən, işçilərin əmək, maddi, sosial-məişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə), kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək işəgötürənin əmək münasibətləri sahəsində əsas vəzifələrindən biridir. 11 may 2010-cu il tarixli, 1003-IIIQ nömrəli qanunu ilə Azərbaycan Beynəlxalq Əmək Təşkilatının “Kişi və qadın işçilər - ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında” 156 nömrəli Konvensiyasına qoşulub. Konvensiyanın 5-ci maddəsinə əsasən, milli şəraitə və imkanlara uyğun olaraq bütün tədbirlər görülməlidir ki, yerli səviyyədə tədbirlərin planlaşdırılmasında ailə vəzifələri olan işçilərin tələbatları nəzərə alınsın. Konvensiyanın 165 nömrəli Tövsiyəsində göstərilir ki, milli səviyyədə elə şərait yaradılmalıdır ki, haqqı ödənilən iş yerinə yetirən və  ya yerinə yetirmək istəyən, ailə öhdəlikləri olan şəxslər  hüquqlarını ayrı-seçkiliyə məruz qalmadan və mümkün olan qədər peşə və ailə öhdəliklərini harmonik birləşdirərək həyata keçirə bilsinlər, onların əmək şəraiti və sosial təminat sahəsində tələbatları nəzərə alınsın, ailə öhdəlikləri olan işçi, onun qulluğuna və ya köməyinə ehtiyacı olan digər yaxın ailə üzvünün xəstələndiyi halda, məzuniyyət almaq imkanına malik olsun, ailə öhdəliklərinin yerinə yetirilməsini yüngülləşdirmək  üçün  hər növ  dövlət və özəl xarakterli  tədbirlərin  keçirilməsinə kömək göstərilsin.

Yuxarıda qeyd edilənlərə əsasən, işçilər, xüsusilə ailə vəzifələri olan işçilər maddi-məişət şəraiti ilə əlaqədar olaraq, işəgötürəndən iş vaxtı ərzində icazə ala bilərlər. Bu halda onların maraqları işəgötürən tərəfindən nəzərə alınmalı, mümkün olduğu qədər icazə aldıqları iş saatlarında əmək haqlarının saxlanılması təmin edilməlidir.  

İşçilərə əmək haqqı saxlanılmaqla icazələrin verilməsi kollektiv müqavilələrlə, kollektiv müqavilə bağlanılmadıqda əmək müqaviləsi ilə tənzimlənə bilər. 

Kollektiv müqavilə olmayan müəssisələrdə insan resurslarının idarə edilməsi ilə bağlı siyasət sənədində saatlıq icazə məsələsi nəzərdə tutula bilər. Kollektiv müqavilə və ya müəssisədaxili qaydalarda işçinin yaxın ailə üzvünün vəfatı və digər üzrlü səbəblər olduqda əmək haqqı saxlanılmaqla işə gəlməməsinin konkret müddətləri müəyyən edilə bilər.

 

2021-ci ilin iyun ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər