İşçi hansı hallarda COVİD-19-a qarşı peyvənd edilməyə bilər?

İşçi hansı hallarda COVİD-19-a qarşı peyvənd edilməyə bilər?

Satışına start verilən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

Bütün hallarda, işçinin COVİD-19-a qarşı peyvənd olunmaması barədə qərar səhiyyə müəssisəsi tərəfindən verilməlidir. Bu halda işəgötürən 20 faizlik limitə riayət edilməsi məqsədilə işçilərdən tələb edə bilər ki, COVİD-19-a qarşı peyvənd edilməməsinin səbəbi barədə səhiyyə müəssisəsindən arayış təqdim etsinlər. Arayışda qeyd edilən hallar aradan qalxdıqda və yaxud səhiyyə müəssisəsi tərəfindən müəyyən edilmiş müddət ötdükdən sonra işçinin peyvənd olunması məsələsi yenidən qoyula bilər.

Bir məsələni nəzərə almaq lazımdır ki, bu günədək TƏBİB tərəfindən koronavirus peyvəndinə qarşı əks göstərişləri olan xəstəliklərin siyahısı təsdiq edilməyib. Ancaq əldə etdiyimiz məlumata görə belə siyahının hazırlanması üzərində iş gedir. TƏBİB-in ekspertlərinin fikrincə, qrip, meninqokok, pnevmokok, hepatit A, B əleyhinə peyvənd vurulan şəxslər iki həftədən sonra koronavirusa qarşı peyvənd oluna bilərlər. Canlı peyvənd – suçiçəyi, vərəm əleyhinə vaksin vurduranların isə bir aydan sonra koronavirusa qarşı peyvənd olunması mümkündür.

Rəsmi olmayan məlumatlara görə, hazırda poliklinikalarda yalnız epilepsiya xəstəliyi olanlara  koronavirusa qarşı peyvənd vurulmur.

Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli, 151 saylı qərarının 2.4-cü bəndinin tələblərinin tətbiqi MƏCBUR hesab edilən iş yerlərində işəgötürənlərin hazırlıq məqsədilə aşağıdakı məzmunda əmr vermələri tövsiyə olunur…

 

2021-ci ilin iyun ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər