Mühasib vəzifəsinin funksiyalarının icrası üçün bağlanan xidmət müqaviləs əmək müqaviləsi ilə əvəz edilməlidir?

Mühasib vəzifəsinin funksiyalarının icrası üçün bağlanan xidmət müqaviləs əmək müqaviləsi ilə əvəz edilməlidir?

Satışına start verilən “A-dan Z-yə: Kargüzarlıq” kitabından seçmə

İlk olaraq müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə halında tərəflər arasında yaranan münasibətlərə baxaq. Son dəyişikliklərdən sonra bu münasibətlər birmənalı şəkildə əmək münasibətləri kimi qəbul olunur. Təcrübədə çox rast gəldiyimiz bir misal üzərindən qeyd olunan müddəanın tələblərini nəzərdən keçirək. Hər bir işəgötürəndə mühasib vəzifəsinin mövcudluğu heç kəsdə şübhə doğurmur, uçotun aparılmasının, dövlət qurumları qarşısında vergi, sosial və digər icbari öhdəliklərin icrasının və hesabatlılığın həyata keçirilməsinin təmin olunması baxımından ştat cədvəlini qeyd olunan vəzifəsiz təsəvvür etmək mümkün deyil. Ancaq təcrübədə bəzən işəgötürənlər mühasiblə əmək müqaviləsi yox, xidmət müqaviləsi bağlamağa üstünlük verirlər və bu vəzifənin əmək funksiyalarının icrasını işçiyə deyil, adətən VÖEN-i olan fərdi sahibkara həvalə edirlər. Bu, doğru deyil. Təbii ki, xidmət müqaviləsi əsasında maliyyə və mühasibatlıq xidmətlərinin birdəfəlik xarakterli olmasına istisna hal kimi baxılmalıdır.

Hesab edək ki, işəgötürən mühasib vəzifəsinin funksiyalarının icrası üçün artıq bir neçə ildir ki, fərdi sahibkarla mülki hüquqi müqavilə imzalayıb. Əmək Məcəlləsində son dəyişikliklər qüvvəyə mindikdən sonra həmin müqaviləyə xitam verilməli, mühasib vəzifəsinə qəbul olunan işçi ilə əmək müqaviləsi imzalanmalıdır. Mühasibin funksiyalarının xidmət müqaviləsi əsasında icrasının ləğvinin rəsmiləşdirilməsi üçün aşağıdakı məzmunda əmrin verilməsi tövsiyə olunur.

 

2021-ci ilin iyun ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər