Əmək Məcəlləsi könüllü müqavilə ilə çalışanlara şamil edilir?
Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə
Son zamanlar ən çox müzakirə olunan məsələlərdən biri də könüllü müqaviləsidir. Bəzi işəgötürənlər gəncləri az ödənişli və ya ödənişsiz əsaslarla könüllü işə dəvət edirlər. İlk olaraq baxaq: könüllü fəaliyyət nədir və kimlərə şamil olunur. Kitabın üzərindəki CD diskdə yerləşdirilən “Könüllü fəaliyyət haqqında” AR Qanununa əsasən, könüllü fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyətdir.
Göründüyü kimi, könüllü fəaliyyət ictimai faydalı olmaqla yanaşı, gəlirsiz fəaliyyətdir. “Özəl şirkətlər könüllüləri cəlb edə bilərmi” sualına gəlincə isə, qanunun 2.3-cü bəndində qeyd edilir ki, könüllü fəaliyyətin təşkilatçısı – könüllü fəaliyyətin təşkilini və həyata keçirilməsini təmin edən dövlət orqanları, dövlət büdcəsindən maliyyələşən təşkilatlar, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatlarıdır. Qanunun bu bəndindən çıxış edərək deyə bilərik ki, özəl təşkilatların könüllü cəlb etmək hüququ yoxdur, o səbəbdən yoxlamalar zamanı təşkilatlarda könüllü statusunda çalışan işçilərə rast gəlinərsə, həmin şəxslər əmək müqaviləsi olmadan cəlb edilən şəxs kimi dəyərləndirilərək müvafiq maliyyə sankiyası və inzibati cərimə tətbiq olunacaq. Dövlət orqanları, dövlət büdcəsindən maliyyələşən təşkilatlar, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatları isə könüllü cəlb etdikdə, könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə imzalamalıdır. Həmçinin, həmin könüllülərin fəaliyyətlərindən müəssisəsinin fəaliyyətində (mühasib, kadrlarla iş və s.) yox, ictimai işlərdə istifadə edilməlidir. Qanuna əsasən, könüllü fəaliyyət aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:
- əlillərə, kimsəsizlərə, qocalara, aztəminatlı ailələrə, qaçqınlara və məcburi köçkünlərə kömək edilməsi;
- insanpərvərliyin və dözümlülüyün təbliği;
- istehlakçıların hüquqlarının qorunması;
- hüquqi və mədəni maarifləndirmə;
- uşaq və gənclərin təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı;
- idmanın inkişafı;
- xəstəliklər və epidemiyalar barədə məlumatlandırma;
- sağlam həyat tərzinin təbliği;
- ətraf mühitin mühafizəsi;
- tarix və mədəniyyət abidələrinin, mədəni və mənəvi irsin qorunması;
- silahlı münaqişələr, təbii fəlakətlər, sənaye qəzaları, yanğınlar, epidemiyalar, epizootiyalar və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasına, o cümlədən fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə yardım göstərilməsi;
- cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığa düçar olan, məişət zorakılığına məruz qalan şəxslərə və çətin həyat şəraitində olan digər şəxslərə (ailələrə) kömək edilməsi;
- Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olmayan digər fəaliyyət sahələri.
2021-ci ilin iyun ayında satışda olan kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı planlaşdırılır)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışı planlaşdırılır)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın