İşçilər hansı növ məzuniyyətlərdən istifadə edə bilərlər?

İşçilər hansı növ məzuniyyətlərdən istifadə edə bilərlər?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Əmək Məcəlləsinin 112-ci, “Məzuniyyətin növləri” maddəsinin birinci hissəsinə əsasən, işçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir:

  1. a) əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti;
  2. b) sosial məzuniyyət; 
  3. c) təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti;

ç) ödənişsiz məzuniyyət.

Maddədən göründüyü kimi, işəgötürən işçilərin dörd növ məzuniyyətdən istifadə hüququnu təmin etməlidir. Məzuniyyət növləri haqqında geniş izahat növbəti səhifələrdə verildiyindən bu bölmədə təkrarçılığa yol vermirik.

Əmək Məcəlləsinin 112-ci maddəsinin ikinci hissəsinə əsasən, əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətlərin digər növləri nəzərdə tutula bilər.

Məzuniyyətlərin digər növlərinə misal olaraq, işçinin əmək qabiliyyətinin bərpasını daha yaxşı təmin etmək üçün nəzərdə tutulan məzuniyyət növlərini göstərmək olar. Misal üçün, işəgötürən kollektiv əmək müqaviləsində qeyd edir ki, işçi iş ilində əmək məzuniyyətdən istfadə etdikdə ona əlavə 7 təqvim gün məzuniyyət verilsin və həmin məzuniyyət haqqının hesablanması zamanı işçinin əmək haqqının 50 faizi əsas götürülsün. Əmək qanunvericiliyi işçinin əmək şəraitinin yaxşılaşdırılması üçün əlavə təminatların müəyyənləşdirilməsində hər hansı məhdudiyyət yaratmır. Yetər ki, işəgötürənin bu qərarı işçilərə münasibətdə ayrı-seçkilik yaratmasın.

Başqa bir misal. İşəgötürən qərar verir ki, analıq məzuniyyətinə çıxan hamilə qadınlara sosial məzuniyyət bitdikdən sonra işəgötürənin hesabına aylıq maaşlarının iki misli ödənilməklə əlavə 30 təqvim günü müddətində məzuniyyət verilsin. Təbii ki, həmin məzuniyyətin verilməsi işçinin əsas məzuniyyət müddətinin azalmasına xidmət etmir.

 

2021-ci ilin iyun ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı planlaşdırılır)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışı planlaşdırılır)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər