Ixtisar zamanı əmək stajı necə tənzimlənməlidir?
Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə
Maddəni misallarla izah etməmişdən öncə bir daha bildirək ki, işçilərin sayının azaldıldığı və ştatların ixtisarı zaman əmək stajı dedikdə, ümumi əmək ştajı yox, işçinin sonuncu işəgötürənlə bağladığı əmək müqaviləsinə və ya müqavilələrinə görə müəyyənləşdirilən staj başa düşülür.
Mİsal 1. İşçinin “A” MMC-də bir il əmək stajı olsa da, ümumi stajı 10 ildir. Bu halda artıq 10 il yox, 1 il əsas götürülərək işdənçıxarma müavinəti hesablanacaq.
Mİsal 2. İşçinin “A” MMC-də son əmək müqaviləsi üzrə iş stajı 2 ildir. Ümumi iş stajı 12 il olan işçi üç il öncə bu təşkilatda 3 il çalışıb. Artıq işdənçıxarma müavinəti hesablanarkən, nə 10 il, nə də son 2 il əsas götürüləcək. Rəsmi xəbərdarlıq verilməsi müddəti 5 illik (2 + 3) staja uyğun hesablanacaq .
İndi isə xəbərdarlıq müddətinin hesablanması haqqında geniş məlumat verək.
Mİsal. İşəgötürən qərar verir ki, nağdsız ödənişə keçidlə əlaqədar olaraq 1 yanvar 2021-ci il tarixdən etibarən kassir vəzifəsi ləğv edilsin. Kassir vəzifəsində çalışan 4 işçinin işəgötürənlə bağladığı əmək müqavilələrinə uyğun olaraq iş stajları müxtəlif olduğu üçün xəbərdarlıq müddətləri də fərqlənəcək:
Bir ilədək əmək satjı olan kassirə xəbərdarlıq müddəti - azı iki təqvim həftəsi, yəni ən geci 17 dekabr 2020-ci il;
Bir ildən beş ilədək əmək stajı olan kassirə xəbərdarlıq müddəti – azı dörd təqvim həftəsi, yəni ən geci 3 dekabr 2020-ci il;
Beş ildən on ilədək əmək stajı olan kassirə xəbərdarlıq müddəti – azı altı təqvim həftəsi, yəni ən geci 19 noyabr 2020-ci il;
On ildən çox əmək stajı olan kassirə xəbərdarlıq müddəti – azı doqquz təqvim həftəsi, yəni ən geci 29 oktyabr 2020-ci il.
Göründüyü kimi, əgər işəgötürənin ixtisar etdiyi işçilər arasında stajı 10 ildən artıq olan şəxs varsa, o halda işəğötürən ən geci 29 oktyabr 2020-ci il tarixdə xəbərdarlıq etməlidir. Bu müddəti ötürmüş olarsa, heç bir halda 1 yanvar 2021-ci ildən kassir vəzifəsini ləğv edə bilməz. Amma ixtisar olunan işçilərin ən çox əmək stajına malik olanı on ilədəkdirsə, o halda işəgötürən ən geci 19 noyabr 2020-ci il tarixdən xəbərdarlıq prosedurunu işə salmalıdır.
2021-ci ilin iyun ayında satışda olan kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı planlaşdırılır)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışı planlaşdırılır)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın