İşçilərin attestasiyası ilə bağlı vacib məqamlar

İşçilərin attestasiyası ilə bağlı vacib məqamlar

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabıdan seçmə

Komissiyanın işinin nəticəsinin rəsmiləşdirilməsi ilə bağlı Əmək Məcəlləsinin 65-ci maddəsinin altıncı və yeddinci hissələrinə əsasən, attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə  səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı, attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədəmüvafiqliyi barədə işəgötürənə tövsiyə verə bilər.

Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edir. Qaydalara əsasən, attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul  edir:

  1. a) tutduğu vəzifəyə uyğundur;
  2. b) tutduğu vəzifəyə uyğun deyil.

Qaydalara əsasən, attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə  tərtib olunan attestasiya vərəqəsinə yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan  keçən şəxs tərəfindən imzalanır.

Qeyd edək ki,  attestasiya komissiyası hər işçiyə attestasiya vərəqəsi doldurtmalıdır ki, həmin sənəd onun şəxsi işində saxlanılsın.

 

2021-ci ilin may ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər