21 təqvim günlük məzuniyyət kimlərə tətbiq edilməlidir?

21 təqvim günlük məzuniyyət kimlərə tətbiq edilməlidir?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Əmək Məcəlləsinin 114-cü maddəsinin ikinci hissəsinə əsasən, işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.

İşəgötürən tərəfindən heç bir statusa malik olmayan işçilərə 21 təqvim günündən az olmayaraq məzuniyyət hesablanmalıdır. Bu kateqoriyaya uyğun gələn işçilərin sərhədləri konkret müəyyən edilməyib. Dövlət Statistika Komitəsi tərəfindən məşğulluq təsnifatı hazırlanıb. Həmin təsnifatda “ixtisassız işçilər” təsnifatının açıqlaması aşağıdakı kimidir: “O peşələr daxil edilir ki, onlarda əl alətlərindən istifadə etməklə əsas etibarilə sadə təkrar olunan, bəzən xeyli fiziki qüvvə tələb edən, kiçik müstəsnalıqla, məhdud sərbəstliklə vəzifələrin yerinə yetirilməsi üçün lazım olan bilik və təcrübənin olması tələb olunur. Başlıca vəzifələr malların küçələrdə satılmasından, qapıçı və gözətçi funksiyalarının yerinə yetirilməsindən, habelə təmizləmədən, paltar yumaqdan, ütüləməkdən, hasilat sənayesində, kənd təsərrüfatında, balıq tutulmasında, tikintidə və ya sənət emalatxanalarında qeyri-ixtisas işlərinin yerinə yetirilməsindən ibarətdir”.

Bu kateqoriyaya nümunə kimi satıcı, gözətçi, kuryer və ya qeydiyyatçı vəzifələrini misal göstərmək olar. Təcrübədə rast gəlinən hallardan biri də odur ki, məsələn, hüquqşünasa 21 iş günü əmək məzuniyyəti müəyyən edirlər. Fikrimizcə, bu yalnış yanaşmadır. Çünki hüquqşünas vəzifəsində çalışan işçidən xüsusi bilik və təcrübə tələb olunur.

 

2021-ci ilin may ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər