6 günlük iş rejimində işçi əmək qabiliyyyətini müvəqqəti itirdikdə müavinət necə hesablanır?
Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə
İşəğötürənlər tərəfindən tətbiq olunan iş rejimlərindən biri də 6 günlük iş rejimidir. Bu rejimdə çalışan işçilər üçün əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı müavinətin necə hesablanmasına baxaq.
MİsaL. Həftədə 6 günlük iş rejimində fəaliyyətdə göstərən işəgötürənin 15 illik sosil sığorta stajı və aylıq əmək haqqı sabit olaraq 400 manat təşkil edən işçisi xəstəlik vərəqəsi təqdim edir ki, 1 fevral 2021-ci il tarixdən başlayaraq əmək qabiliyyətini 25 günlük itirib.
Fərz edək ki, əvvəlki 12 aylıq dövr (fevral 2020 - yanvar 2021) dövr üzrə 6 günlük iş rejimində iş günlərin sayı 290 gün (şərti rəqəm olaraq nəzərə alınıb) təşkil edir.
Bu səbəbdən 1 iş gününə düşən orta gündəlik qazanc da 5 günlük iş rejiminə nisbətən az olmalıdır: 4800 manat / 290=16,55 manat.
Müavinət dövrü olan 1-28 fevral 2021-cu il tarixləri üzrə iş günlərinin sayı da 5 günlük iş rejiminə görə yüksək olacaq. İşəgötürən tərəfindən ödənilən 14 təqvim gününə düşən iş günlərinin sayı 12 iş günü olduğuna görə müavinət məbləği də 198,62 manat (16.55 manat x 12 iş günü) təşkil edəcək.
Sonrakı günlərə düşən iş günlərinin sayı 10 iş günü olduğu üçün müavinətin məbləği 165,50 manat (16.55 manat x 10 iş gün) təşkil edəcək.
İşçinin iş stajı 15 il olduğu üçün müavinət məbləği 100 faiz nəzərə alınacaq.
Beləliklə işçiyə hesablanan cəmi müavinət məbləği 364,12 manat ( 198,62 +165.50) təşkil edəcək.
2021-ci ilin may ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın