Əmlak vergisi üzrə maliyyə sanksiyasının tətbiq edilməsinin misalla izahı
Satışına start verilən “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabından seçmə
Mİsal 5. Gəlir (mənfəət) vergisi ödəyicisi olan şəxs 2019-cu ildə hər hansı əsas vəsaitə malik olmayıb. 2020-ci ilin sonuna vergi ödəyicisinin əmlakı olmasına baxmayaraq, bu haqda vergi orqanına bəyannamə təqdim etməyib. 2021-ci ilin may ayında vergi nəzarəti tədbirləri nəticəsində qeyd edilən hal aşkar edildikdə, 2019-cü il üzrə vergi ödəyicisinin əmlak vergisi mükəlləfiyyəti yaranmadığı üçün maliyyə sanksiyası tətbiq edilməyəcək. Amma 2020-ci il üzrə əmlak vergisi bəyannaməsi 31 mart 2021-ci il tarixinə kimi təqdim olunmadığı üçün Vergi Məcəlləsinin 57.1-ci maddəsinə görə 40 manat maliyyə sanksiyası tətbiq olunmalıdır.
2021-ci ilin may ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın