İşəgötürən tərəfindən işçinin məzuniyyəti hüququnun məhdudlaşdırılması

İşəgötürən tərəfindən işçinin məzuniyyəti hüququnun məhdudlaşdırılması

Əmək Məcəlləsinin 110-cu maddəsinin üçüncü hissəsinə əsasən, işçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz.

Mİsal 1. Ümumi 6 aylıq sosial stajı olmayan işçi analıq məzuniyyətindən istifadə etmək haqqında işəgötürənə müraciət edir. İşəgötürən 6 aylıq sosial stajı olmadığını əsas gətirərək işçiyə sosial məzuniyyət verməzsə, bu, qanunvericiliyə ziddir. Sadəcə, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, sosial stajı az olduğuna görə işçiyə müavinət hesablanmayacaq.

Mİsal 2.  İşçi ailə məsələlərini həll etmək üçün işəgötürəndən bir günlük ödənişsiz məzuniyyət istəyir. İşəgötürən isə bildirir ki,  həmin gün satış həcminin çox olması səbəbindən işçinin məzuniyyət hüququndan istifadəsinə icazə vermir. Bu, işəgötürən tərəfindən işçinin məzuniyyət hüququnun məhdudlaşdırılması hesab edilə bilər.

 

2021-ci ilin may ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

 

 

1 Komment

  1. solmaz 19 Avqust 2021

    Məzuniyyət qrafikinə baxmayaraq, işçi öz məzuniyyətindən istifadə etmək istəmədiyi halda, iş ili bitəndən sonra istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya üçün müraciət edir. Onda belə çıxır ki, ƏM-nin 135-ci maddəsinin 2-ci hissəsinə görə, biz ona kompensasiya ödəməliyik. Belə bir hal hər il təkrar olunsa,belə çıxır ki, biz hər il ona kompensasiya verməliyik. Belə olduğu halda biz hansı əsasla işçiyə (ərizə ilə müraciət etmirsə) işlədiyi iş ili üçün məzuniyyət əmrini verə bilərik.Xahiş edirik, ətraflı məlumat verəsiniz.

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər