Əmək və mülki münasibətləri fərqləndirən meyarlar
Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" kitabından seçmə
2-3.5. tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda
Təklif edilən dəyişiklikdə diqqəti cəlb edən iki məqam var. Birincisi, işlərin (xidmətlərin) əvəzçilik qaydasında yerinə yetirilməsi halıdır. Əmək Məcəlləsinin 58-ci, “Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi” maddəsinə əasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. İşəgötürən və fiziki şəxs arasında yaranan, əvəzçilik qaydasında işlərin (xidmətlərin) yerinə yetirilməsini nəzərdə tutan münasibət əmək münasibətidir. İkinci məqam işlərin müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsidir. Misal üçün, işçi qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə etdikdə, başqası tərəfindən həmin vəzifə üzrə işlərin (xidmətlərin) yerinə yetirilməsi əmək münasibətləri yaradır.
2021-ci ilin may ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
1 Komment
Solmaz 14 İyul 2021
işçiyə iş yerindən hər hansı bir banka əmək haqqı göstərilməklə, arayış veriləndə kimlər imzalamalıdır?
Şərh yazın