Doğuş çətin olduqda analıq müavinətinə əlavə necə hesablanır?
Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə
Əmək Məcəlləsinin 125-ci maddəsinə əsasən, doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir. Yəni, müavinət normal doğuşdan sonrakı müddətdən 14 gün artıq ödənilir.
İşçi bununla bağlı xəstəlik vərəqəsini təqdim etdiyi halda, işəgötürən yenidən hesablama həyata keçirərək DSMF-yə təqdim etməlidir.
MİsaL. İşçinin 15 fevral 2021-ci il tarixdə başlayan 126 günlük analıq məzuniyyəti 20 iyun 2021-cu il tarixdə bitir. Amma işçi doğuşun çətin olmasını təsdiq edən sənədi təqdim etdiyi üçün işəgötürən əlavə 14 təqvim gününə düşən iş günlərinə görə analıq məzuniyyəti hesablamalıdır. Bu zaman artıq işəgötürən analıq məzuniyyətinin hesablandığı dövrü yox 20 iyun 2021-ci il tarixdən, yəni normal analıq məzuniyyətinin bitməsi tarixindən əvvəlki 12 ayı əsas götürməlidir.
Nazirlər Kabinetinin 189 saylı Əsasnaməsinə əsasən, orta gündəlik qazancın hesablanması zamanı iş günlərinin sayından hamiləliyə və doğuma görə verilən məzuniyyət dövrü çıxılmalıdır. O səbəbdən işəgötürən 2021-cu ilin fevral –iyun ayları üzrə analıq məzuniyyəti hesablanan iş günlərini çıxır və analıq məzuniyyətinin gəliri hesablamada nəzərə alınmır Yəni, hesablama zamanı iyun 2020- may 2021-ci il üzrə gəlirlər nəzərə alınmalıdır. Həmin dövrə təsadüf edən analıq məzuniyyəti günləri çıxılan günlərə aid ediləcək.
2021-ci ilin may ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın