Əmək müqaviləsinə dəyişikliyin elektron informasiya sisteminə işlənilməməsi məsuliyyət yaradır?
Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə
Üçüncü məqam. Nəinki əmək müqaviləsinin bağlanılması, həmçinin ona dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı hərəkətlər elektron informasiya sisteminə işlənilməlidir.
Mİsal. İşçinin aylıq əmək haqqısı 500 manatdır. Əmək müqaviləsinə edilən dəyişikliyə əsasən, 1 mart 2021-ci il tarixdən işçinin əmək haqqı 600 manat təşkil edəcək. Bu zaman işəgötürən əmək müqaviləsinə olunan dəyişikliyi də elektron informasiya sisteminə daxil etməlidir.
Bildiyimiz kimi, istər Vergi, istərsə də İnzibati və Cinayət Məcəllələrində işçilərin əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmadan işə cəlb edilməsinə görə işəgötürənə məsuliyyət tədbirləri tətbiq edilir. Maraqlıdır ki, işəgötürən işçi ilə bağlı düzəlişləri həyata keçirmədiyi halda ona cərimə nəzərdə tutulur.
Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığımız müraciətimizə aşağıdakı rəsmi cavab verilib:
“Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
Bildiririk ki, əmək müqaviləsində edilmiş dəyişiklik sistemə daxil edilmədiyi halda hüquqi qüvvəyə minmədiyi üçün həmin dəyişikliklərin sistemə daxil edilmədən icrası əmək qanunvericiliyinin tələblərinin pozulmasına, inzibati xəta faktının və inzibati məsuliyyətin yaranmasına səbəb ola bilər.”
Cavabdan göründüyü kimi, əmək müqaviləsinə edilən dəyişikliklərin elektron informasiya sisteminə daxil edilməməsinə görə işəgötürən inzibati məsuliyyət daşıyır.
2021-ci ilin may ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın