İş vaxtının cəmlənmiş uçotunda tabel uçotu necə tərtib edilir? (NÜMÜNƏVİ FORMA)
Satışına start verilən "Əməyin uçotu: A-dan Z-yə" kitabından seçmə
İndi isə, iş vaxtının cəmlənmiş uçotu ilə bağlı digər məqamlara aydınlıq gətirək. Əvvəlcə növbə cədvəlinin necə qurulmasına baxaq. Növbə cədvəlini qurmaq üçün illik iş həcmini hesablamaq və növbə uzunluğundan və nahar fasiləsindən asılı olaraq tələb olunacaq işçi sayını müəyyən etmək lazımdır. Bir nümunə üzərində hesablama qaydasını nəzərdən keçirək. Nəzərə alaq ki, 2020-ci ilin iş vaxtı norması 1922 saat təşkil edir.
Misal. Binanın girişində hər gün (2020-ci ildə 366 gün) növbətçilik qaydasında 24 saat növbətçi dayanması tələb olunur. Qeyd etdiyimiz kimi növbənin uzunluğu Əmək Məcəlləsinin 96-cı maddəsinin 1-ci hissəsinə əsasən 12 saatdan çox ola bilməz. Növbə ərzində işçiyə 1,5 saat nahar fasiləsi nəzərdə tutulur ki, bu halda növbədə iş vaxtı 10,5 saat olacaq, çünki nahar fasiləsi iş vaxtına daxil edilmir. Əmək Məcəlləsinin 103-cü maddəsinin 3-cü hissəsinə uyğun olaraq işəgötürən işçiyə iş yerindən uzaqlaşmamaqla nahar etməyə şərait yaradır. Nəzərə alsaq ki, hər gün 21 saat iş həcmi mövcuddur, o zaman illik iş həcmi 7686 saat (366 gün x 21saat = 7686 saat) təşkil edəcək. İllik iş həcmini yerinə yetirmək üçün tələb olunan işçilərin sayı 4 nəfər (7686/1922=3,99) olmalıdır. Bu halda illik iş vaxtı normasını ödəmək üçün bir işçi il ərzində 183 növbə işləməlidir (183 x 10,5 = 1921,5 saat). Deməli, növbə cədvəli elə qurulmalıdır ki, işçi günaşırı (bir gündən bir) işləsin.
Aşağıda belə nümunəvi növbə cədvəlini təqdim edirik:
Növbə cədvəlləri tərtib edilərkən işçilərin növbələr üzrə bərabər bölüşdürülməsinə diqqət yetirmək lazımdır. Burada bir məsələni unutmayaq ki, növbə cədvəllərini optimal formada tərtib etmək üçün nahar fasiləsinin müddətini mövcud şəraitə uyğun olaraq müəyyən etmək mümkündür, çünki Əmək Məcəlləsində istirahət və nahar üçün fasilənin konkret müddəti göstərilmir.
2021-ci ilin may ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)
5) Vergi Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat
6) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın