Analıq və əmək qabiliyyətinin itirilməsi ilə bağlı müavinətdə maksimal hədd necə müəyyən edilir?

Analıq və əmək qabiliyyətinin itirilməsi ilə bağlı müavinətdə maksimal hədd necə müəyyən edilir?

Satışına start verilən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Yeddinci hal. Müavinətin hesablanması zaman maksimal həddin müəyən edilməsi

Əsasnamədə digər məhdudiyyət günlük məzuniyyət məbləğinin tavan həddinin müəyyən edilməsidir. 3-cü bənddə qeyd edilir ki, müavinətin aylıq maksimal həddi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz.

Qeyd edək ki, əmək pensiyasının minimum məbləği 1 oktyabr 2019-cü il tarixədək 160 manat təşkil edib. Həmin tarixdən sonra minimal məbləğ 200 manat müəyyən edilib. Deməli, müavinətin aylıq maksimal həddi 1 oktyabr 2019-cu il tarixdən 5000 manat (200 manat x 25) təşkil edir.

Müavinətin məbləği iş günlərinə uyğun müəyyən edildiyindən Əsasnamədə bu məsələyə də aydınlıq gətirilib. Əsasnamənin 28-ci bəndində qeyd edilir ki, gündəlik müavinətin məbləği orta gündəlik qazanc və Əsasnamə ilə müəyyən edilən miqdarlar (faiz nisbətləri) nəzərə alınmaqla müəyyən olunur və onun maksimal həddi aylıq maksimal həddin həmin aydakı iş günlərinin sayına bölünməsi yolu ilə tapılır.

MİsaL. “A” MMC-nin işçi 20 fevral 2021-ci il tarixdən 10 mart 2021-ci il tarixədək əmək qabiliyyətini itirib. İşçinin son 12 ayda əmək haqqını sabit olaraq aylıq 7 000 manat qəbul edək. Bu zaman bir iş gününə düşən orta gündəlik qazancın məbləği 348.55 manat (84 000 manat ( 7 000 manat x 12 ay) / 241 gün) təşkil edəcək.

 Qeyd etdiyimiz kimi, işçi 20 fevral 2021-ci il tarixdən 10 mart 2021-ci il tarixədək əmək qabiliyyətini itirib. Deməli, fevral və mart ayında müvafiq olaraq 5 və 7 iş gününə görə müavinət ödənilmədir. İlk 14 təqvim günə düşən iş günlərinin sayı 10 iş günüdür. Həmin 10 iş gününə görə müavinəti işəgötürən ödəyəcək. DSMF isə 2 iş günə görə müavinət ödəməlidir.

İşçinin əmək haqqı 7000 manat olduğu üçün, bir iş gününə düşən orta gündəlik qazancın məbləği 348.55 manat təşkil edir. Amma bu məbləğ maksimal məbləğdən yüksək olduğu üçün nəzərə alınmayacaq. İlk olaraq sentyabr ayında bir iş gününə düşən müavinətin  maksimal məbləğini müəyyən edək. Qeyd edək ki, “Əmək pensiyaları haqqında” AR Qanununa əsasən, əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur.

1 iş gününə görə nəzərə alınacaq maksimal məbləğ = (200 manat (əmək pensiyasının minimum məbləği) x 25 misli) / 20 iş günü (fevral ayındakı iş günlərin sayı) =  250  manat.

1 iş gününə görə nəzərə alınacaq maksimal məbləğ =  (200 manat (əmək pensiyasının minimum məbləği) x 25 misli) / 17 iş günü (mart ayındakı iş günlərin sayı) =  294.11 manat.

Göründüyü kimi, işçiyə hesablanan 348.55 manatlıq orta gündəlik qazanc məbləği həm fevral, həm də mart ayında iş gününə düşən müavinətin maksimal məbləğindən yüksəkdir. O səbəbdən hər iki ay üzrə iş günlərinə düşən maksimal məbləğ 348.55 manat qəbul edilməyəcək. Fevral və mart aylarında gündəlik maksimal müavinət məbləği müvafiq olaraq 250,00 və 294.11 manat götürülüb.

Beləliklə, fevral ayı üzrə müavinət məbləği 2500 (250 manat x 10 iş günü) olduğu halda, mart ayı üzrə 588,22 manat (294,11 x 2 iş gün) olacaq.

Bir nümunə də analıq məzuniyyəti üzərindən qeyd edək.

MİsaL.“A” MMC-nin işçisi Kərimova Nərgiz 15 fevral 2021-cu ildən 21 iyun 2021-ci il tarixə kimi analıq məzuniyyətinə çıxır. Kərimova Nərgizin əvvəlki 12 ayda aylıq əmək haqqı 7 000 manat olduğundan cəmi qazancı 84 000 manat təşkil edir.

Son 12 ayda iş günlərinin sayı 241 gün, işçinin cəmi qazancı 72 000 manat olduğu üçün, bir iş gününə düşən orta gündəlik qazanc məbləği 348,55 manat təşkil edir.

Qeyd etdiyimiz kimi, 1 oktyabr 2019-cu il tarixdən müavinətin aylıq maksimal həddi 5000 manat (200 manat x 25)  müəyyən edilib. Bizim misalımızda işçinin əmək haqqı yüksək olduğu üçün aylıq müavinətin məbləği normadan yuxarı alınır.

İşçiyə hesablana gündəlik müavinət məbləğinin 348,55 manat olmasına baxmayaraq, fevral ayında gündəlik maksimal müavinət – 250 manat ((minimum pensiya məbləği (200 manat) x 25 misli) / fevral iş günləri sayı (20 gün)) olacaq. Digər aylar (mart- iyun 2021-ci il) üzrə də hesablanma maksimal müavinət üzərindən aparılmalıdır.

 

2021-ci ilin aprel ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

5) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər