İxtisar zamanı hansı işçiləri işdə saxlanılması həyata keçirilməlidir?
Satışına start verilən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə
Əmək Məcəlləsinin 78-ci maddəsinin ikinci hissəsinə əsasən, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir:
- şəhid ailəsinin üzvlərinə;
- müharibə iştirakçılarına;
- əsgər və zabitlərin arvadına (ərinə);
- öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara;
- həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə;
- xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə;
- kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.
Bəzən ixtisar zamanı belə bir hala rast gəlirik: Məcburi köçkün olan işçi iddia edir ki, işəgötürən heç vaxt onu işdən çıxara bilməz. Fikrimizcə, bu cür yanaşma doğru deyil. Çünki Əmək Məcəlləsinin 78-ci maddəsində qeyd edilir ki, ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda xüsusi kateqoriyaya malik şəxslərin işdə saxlanmasına üstünlük verilməlidir. Əgər məcburi köçkün peşəkar səviyyəsinə görə digər işçidən geri qalarsa və bu, sübut olunarsa, o zaman işəgötürən həmin işçini ixtisar edə bilər.
Mİsal 1. İşəgötürən qərar verib ki, satış bölməsində çalışan işçilərin 4-ü ixtisar olunsun. İşəgötürən ixtisar zamanı satış sahəsində göstəriciləri yüksək olan işçilərin saxlanılmasına qərar verib. Satış nəticələri zəif olan işçilərdən biri müharibə iştirakçısı olmasına baxmayaraq, həmin işçi də ixtisar olunan işçilərin siyahısına daxil ediləcək.
Mİsal 2. Əməliyyat bölməsində çalışan iki işçidən biri ixtisar olunmalıdır. İşçilərin hər ikisinin peşəkarlıq səviyyəsi eyni olduğu üçün, işəgötürən qərar verir ki, şəhid ailəsinin üzvü olan işçini işdə saxlasın. İşəgötürən bu zaman ixtisara düşən işçinin hüquqlarını pozmur, hər iki işçinin səviyyəsi eyni olduğu üçün Əmək Məcəlləsinin 78-ci maddəsinin ikinci hissəsinə görə üstünlüyü olan işçini işdə saxlayır.
2021-ci ilin aprel ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)
5) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat
6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın