Analıq məzuniyyəti müavinətinin hesablanmasında sosial stajın müddətin qazanca təsiri
Satışına start verilən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə
Analıq məzuniyyəti həm də əmək qabiliyyətinin müvəqqəti itirilməsi olduğu üçün, hər iki müavinətin hesablanması prossesi eyni qaydada getsə də, yanaşmalarda bəzi fərqliliklər mövcuddur.
Birinci hal. Sosial stajın müddətinə görə qazanca faizlərin tətbiq edilməsi
Əsasnamənin 72-ci bəndinə əsasən, hamiləliyə və doğuma görə müavinət bütün hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında nəzərə alınan orta gündəlik qazancın 100 faizi miqdarında verilir və müraciət müddəti məhdudlaşdırılmadan ödənilir.
MİsaL. Ümumi sosial sığorta stajı 7 il olan işçi oktyabr ayında xəstələndiyi üçün əmək qabiliyyətini 6 günlük itirib. Hesab edək ki, həmin işçi noyabr ayında analıq məzuniyyətinə çıxmaq üçün xəstəlik vərəqini işəgötürənə təqdim edib.
İşəgötürən oktyabr ayında işçinin xəstələnməsi səbəbindən müavinət hesablayarkən ona qazancın 60 faizi miqdarında müavinət ödəyəcək. Çünki Əsasnaməyə əsasən sosial sığorta stajı 8 ildən az olanlar üçün qazancın 60 faizi miqdarında müavinət ödənilir.
Amma işəgötürən noyabr ayında hamiləliyə görə müavinət hesablayarkən qazancın 60 faizi yox, 100 faizi miqdarında müavinət ödəyəcək. Çünki Əsasnaməyə əsasən hamiləliyə və doğuma görə müavinət bütün hallarda qazancın 100 faizi miqdarında hesablanır.
2021-ci ilin aprel ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)
5) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat
6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın