Kimlərə analıq məzuniyyətinin müavinəti ödənilmir?
Satışına start verilən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə
Əsasnaməyə əsasən, hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Qeyd edək ki, 6 aylıq müddət bir iş yerində yox, ümumilikdə nəzərə alınır.
MİsaL 1. “A” MMC-nin işçi Mahmudova Gülnarənin bir illik sosial sığorta staj dövrü olmasına baxmayaraq, təşkilatda çalışdığı 5 aydır. İşçi analıq məzuniyyətinə çıxması haqqında xəstəlik vərəqəsini işəgötürənə təqdim edir. Bəzi işəgötürənlər düşünürlər ki, işçinin təşkilatda işləməsi müddəti 6 aydan az olduğu üçün ona müavinət hesablanmamalıdır. Amma qeyd etdiyimiz kimi, bu zaman ümumi sosial sığorta stajı əsas götürülür. Misalımızdakı işçinin əvvəlki bir illik stajı imkan verir ki, işəgötürən 5 ay müddətində çalışan işçiyə müavinət hesablasın.
MİsaL 2. İşçinin əvvəlki iş yerlərində cəmi 3 ay sosial sığorta stajı olub, son təşkilatda isə 4 aydır ki, çalışır. İşçi xəstəlik vərəqəsi təqdim etdiyi halda, ümumi sosial sığorta stajı dövrü 7 ay (3 ay + 4 ay) olduğu üçün ona müavinət hesablanır.
MİsaL 3. İşçi ilk əsas iş yerində 4 ay müddətinə çalışmaqla yanaşı, əlavə iş yerində də 3 ay müddətdir ki, işləyir. İşçi əsas iş yerinə xəstəlik kağızı təqdim etsə də, ona müavinət hesablanmayacaq. Çünki əsas və əlavə iş yerlərində paralel dövrdə çalışdığından bu müddətlər toplanmır. İşçinin ümumi sosial sığorta stajı dövrü 6 aydan az olduğu üçün müavinət hesablanması həyata keçirilməyəcək.
Təcrübədə rast gəlinən yanlışlardan biri də, müavinət hesabanmayan işçinin məzuniyyətə göndərilməməsi halıdır. Misal üçün, “A” MMC-nin ümumi sosial sığorta stajı 3 ay olan işçisi analıq məzuniyyətinə çıxmaq üçün xəstəlik vərəqəsi təqdim edir.
“A” MMC-nin müavinət komissiyası qərar verir ki, işçinin cəmi sosial sığirta stajı 6 aydan az olduğuna görə işçiyə analıq məzuniyyətinə görə müavinət ödənilməsin. Amma bu o anlama gəlmir ki, işçi analıq məzuniyyəti hüququndan istifadə etməyəcək. Bu halda işçi analıq məzuniyyətinə çıxır, ancaq ona hər hansı müavinət ödənilmir.
2021-ci ilin aprel ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)
5) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat
6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın