İşçi öz iş yerində əvəzçilik üzrə işləyə bilər?

İşçi öz iş yerində əvəzçilik üzrə işləyə bilər?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Son dövrlər ən çox müzakirəyə səbəb olan məsələlərdən bir də Əmək Məcəlləsinin 58-ci, “Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi” maddəsidir. Hazırda bir işçinin bir neçə işəgötürənlə əmək müqaviləsi imzalamasına təcrübədə tez-tez rast gəlinir.

Məcəllənin 58-ci maddəsinin birinci hissəsinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər.

Maddədə diqqət yetiriləsi dörd vacib məqamı nəzərdən keçirək.

Üçüncü məqam. İşçi əsas iş yerində də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq işləyə bilər.

Mİsal 1. İşçi əsas iş yerində kassir vəzifəsində işləyir, eyni zamanda, əvəzçilik müqaviləsi ilə iş vaxtından sonra 4 saat mühafizəçi vəzifəsində çalışır. Əmək qanunvericiliyi işçinin əsas iş yerində əvəzçilik müqaviləsi üzrə çalışmasına məhdudiyyət qoymur.

Mİsal 2. İşçi baş mühasib olaraq çalışdığı iş yerində əvəzçilik üzrə əmək müqaviləsi bağlayaraq işdən sonra eyni əmək funksiyasını həyata keçərərsə, bu, artıq Əmək Məcəlləsinin 58-ci maddəsinin tələblərinə ziddir. Amma mümkündür ki, baş mühasib vəzifəsində çalışan işçi işdən sonra marketinq meneceri vəzifəsini həyata keçirsin, bu halda işçi ilə əvəzçilik üzrə əmək müqaviləsi bağlana bilər.

 

2021-ci ilin aprel ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

5) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər