Koronavirus pandemiyası ilə bağlı boşdayanma necə rəsmiləşdirilməlidir? (Nümünəvi forma)
Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (III nəşr) kitabının “Karantin dövründə əmək münasibətlərinin rəsmiləşdirilməsi” bölməsindən seçmə
Fəaliyyəti qadağan olunmamış sahələrdə işçilərin ödənişli məzuniyyətə buraxılması ilə bağlı əmrin nümunəvi formasını təqdim edirik:
Blank “Alov” MMC
ӘMR
№________
Bakı şәhәri ____ _________2020-ci il
Koronavirus pandemiyası ilə bağlı boşdayanma haqqında
Azәrbaycan Respublikasının Nazirlər Kabinetinin ___ __________2020-ci il tarixli, ___№-li qərarından sonra alıcılıq qabiliyyətinin aşağı düşməsini nəzərə alaraq və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 146-cı maddəsinin ikinci hissəsinə әsaslanaraq
ӘMR EDİRӘM:
- ____ ___________ 2020-ci il tarixdən Səhmdar Cəmiyyətdə 1 (bir) ay müddətində məcburi boşdayanma elan edilsin.
- Məcburi boşdayanma dövründə işçilər iş yerinə gəlmə öhdəliyindən azad edilsinlər.
- Baş mühasib Əliyev Tapdıq Samir oğlu boşdayanma vaxtı işçilərin əmək haqları Əmək Məcəlləsinin 169-cu maddəsinin 1-ci hissəsinə uyğun olaraq onların vəzifə maaşlarının üçdə iki hissəsi qədər hesablanaraq ödəniılsin.
- Əmrin icrasına nəzarət Kadrlarla iş şöbәsinin mudiri Ağazadә Nazlı Hәsәnağa qızına həvalə olunsun.
- İşçilərin əmrlə tanış olmaları həyata keçirilsin.
Direktor _______ Nәbili N.N.
Әmrlә tanış oldum:
Tarix: ________
__________ Qafarov S.M.
Tarix: ________
__________ Quliyev R.Ә.
Tarix: ________
Ola bilər ki, pandemiya ilə bağlı fəaliyyəti qadağan olunmamış sahələrdə işəgötürənlər son iş ilində əmək məzuniyyətindən istifadə etməyən işçiləri, belə işçilərin razılığı əsasında (bu, mütləq şərtdir) əmək məzuniyyətinə göndərə bilər. Bir daha qeyd edirik ki, işçinin razılığının olması əsas şərtdir. İşəgötürən zorla işçini əmək məzuniyyətindən istifadəyə məcbur edə bilməz. Bu halla bağlı işçinin ərizəsinin və işəgötürənin əmrinin nümunəvi formaları kitabın “Bütün növ məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi” bölməsində verilib.
2021-ci ilin aprel ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)
5) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat
6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
0 Komment
Şərh yazın