Əmək müqaviləsi Məcəllənin əlavəsindəki standarta uyğun hazırlanmalıdır?

Əmək müqaviləsi Məcəllənin əlavəsindəki standarta uyğun hazırlanmalıdır?

Satışına start verilən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Əmək Məcəlləsinin 43-cü, “Əmək müqaviləsinin məzmunu” maddəsinin birinci hissəsinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.

Maddədən göründüyü kimi, işəgötürən və işçi qarşılıqlı razılaşma əsasında, amma əmək qanunvericiliyinin tələblərini gözləməklə sənədə istədikləri müddəaları əlavə edə bilərlər. Əmək Məcəlləsinin 43-cü maddəsinin ikinci hissəsinə əsasən, əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir:

  1. a) işçinin soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, onun seriya və nömrəsi, pin kodu, verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı;
  2. b) işəgötürən hüquqi şəxs olduqda onun adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), hüquqi ünvanı, fiziki şəxs olduqda onun adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN), ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN), verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı;
  3. c) işçinin iş yeri, vəzifəsi (peşəsi);

ç) əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün;

  1. d) əmək müqaviləsinin müddəti;
  2. e) işçinin əmək funksiyası;

ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması;

  1. f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri;
  2. g) işçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şəraitin yaradılması; 

ğ) ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, işçinin dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN);

  1. h) işçinin iş yerinin əsas və ya əlavə iş yeri olması barədə qeyd.
  2. x) tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar.

Yuxarıda qeyd edilən siyahı əmək müqaviləsinə daxil edilməsi nəzərdə tutulan minimal tələblərdir. İşəgötürən və işçi əmək müqaviləsnə müəyyən əlavələr etmək hüququna malikdir.  Maraqlı məqamlardan biri də odur ki, əmək müqaviləsində yuxarıda qeyd edilən tələblərin olmaması onun etibarsız edilməsinə və ya işəgötürən üçün məsuliyyət tədbirlərinin tətbiq olunmasına səbəb ola bilər.

Əmək Məcəlləsinin 46-cı maddəsinin 5-ci hissəsinin birinci cümləsinə əsasən, qeyd edilən şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib edilməsi tələbi qoyula bilər.

Maddədə etibarsız hesab edilməsi qeyd olunmasa da, fikrimizcə bu cür hallar işçinin xeyrinə hesab edilə bilər. Bundan əlavə, əmək müqaviləsində qeyd edilən bəndlərin əksəriyyəti elektron informasiya sisteminə də daxil edilir.

Mİsal 1. İşəgötürən işçi ilə bağladığı əmək müqaviləsində müddət haqqında hər hansı məlumat daxil etməyib. Amma elektron informasiya sistemində müqavilənin müddəti 6 ay olaraq göstərilib. 6 ay bitdikdən sonra işəgötürən işçinin əmək müqaviləsinə müddətli olması səbəbindən xitam verirsə, bu halda işçi qərardan razı olmayaraq əmək müfəttişliyinə və ya məhkəməyə müraciət edərsə, müvafiq qurum işçinin xeyrinə qərar qəbul edə bilər.

Mİsal 2. Əmək Məcəlləsinin 43-cü maddəsinin ikinci hissəsinin “ğ” bəndinə uyğun olaraq ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, işçinin dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN) əmək müqaviləsində qeyd olunmalıdır. Tutaq ki, işəgötürən əmək müqaviləsində müvafiq göstəricini göstərməyib. Fikrimizcə, bu hala görə əmək müqaviləsinin etibarsız hesab edilməsinə ehtiyac yoxdur. Əmək müfəttişliyi bu hala görə İnzibati Xətalar Məcəlləsinə uyğun cərimə tətbiq etmir, amma xətanın gələcəkdə baş verməməsi üçün göstəriş verir.

 

2021-ci ilin aprel ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

5) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər